Çox adam deyir ki, Azərbaycanda həkim də, usta da yoxdur. Amma səhv düşünürlər. İkisi də var (düzdür azdır, amma var).
Sadəcə bu yaxşılar nəyə görə nəticəsiz işləyirlər onun haqqında yazmaq istəyirəm.
Səbəbi odur ki, həkim xəstənin dərdini tapır, amma dərmanı tapmır, analizi etməyə labaratoriya yoxdur,cərrahiyə üçün son texnologiyası yoxdur. Xəstə kasıbdır deyə ödənişi düşünür, amma xəstənin həyatı çətindir deyə sağala bilmir. Nəticədə yaxşı həkim nə etsin? Bunun yaxşı olması şərt deyil, digər məqamlar da gərək onu tamamlasın. Yaxşı həkim vəhdətdə gözəl iş çıxardır. Əks halda axırda pis həkim olacaq.
İndi ustaya baxın, eyni şey onda da var. Deməli maşının dərdini tapır, amma ehtiyyat hissələri keyfiyyətsizdir, yanacaq pisdir, maşın artıq canını tapşırır, yiyəsi deyir: “Pulum yoxdur, yola ver. Ucuz olsun amma yaxşı olsun. Bir “zapcast” alım, amma maşın top kimi olsun”. Ustanın son texnoligiya aparatı yoxdur, əlinin altında instrument yoxdur. Nəticə əlbəttə pis olacaq, amma ki, yenə də günah ustada olacaq. “Bu usta düz əməlli olsaydı maşın işləyirdi”- deyəcəklər.
Bir xidmət edəcəksinizsə bunu müştəriyə (ya da xəstəyə) başdan başa salın, bundan qorxmayın. Deyin, qardaş, mən buyam, bu qədər bilirəm, əlimdə bu dərmana və ya bu ehtiyyat hissəsinə qədər var,qalanı mənlik deyil. Məncə bu səmimiyyəti xəstə və ya sürücü daha yaxşı qəbul edəcək nəinki “mənlikdir”- deyib, sonra nəticə almayanda.