Axır vaxtlar forumlarda, hind kinosu tərzində kondensatdır deyib camaatın belini qırırlar.
Bəli! kondensatdır. Amma bunun mühərrikə ziyanı olduğunu da qeyd etmək lazımdır. Yağ krişkasında kremə bənzər şey çıxır, “Olan şeydir, sür, qaqa”- deyənlər və onlara qulaq asanlar bilə-bilə maşını yandırırlar sanki.
Kondensatın kobud şəkildəki tərifi parın, ümumiyyətlə qazın maye halına keçməsi deməkdir. Ən məhşuru sudur. Amma basqa şeylər də var. Məsələn benzin də, dizel də, kondensat verə bilir.
Nə isə keçək əsas məsələyə.
Burda əsas məsələ kondensat prosesi deyil prosesin nəticəsidir. Hamınınn ortaq razı olduğu məqam odur ki, yağa su qarışıb (adı “kondesatdir”, “Cimidir”, “Şakadir “, hansı hind kinosudur bilmirəm, axır ki sudur) .
Bəs yaga su qaışanda nə olur?
Burada artıq Kərəmi ağlamaq tutur. Yağa su qarışanda yağ olmur, krem olur.
Mühərrikin tək qorxduğu şey sudur. Çünki mator yağlanmalı və təmiz qalmalıdır. Su isə korroziya verir və yağlanma etməyə qoymur. Nəticədə matorun ağır sonu gəlir… Baş hamıda var, göz də hamıda var. Amma başı işlətməyəndə, gözlə baxmayanda əziyyəti həmişə çəkəcəksiniz. Əvvəlcə yazdıqlarım kimi, sözün mənasını bilin, əks halda səhv başa düşmə ağır olacaq…
Yaxşi bəs necə edək?
Əsasən qış aylarında baş verən bu proses bəzən insanları çox narahat edir və onlar bizə suallar ünvanlayırlar. Bu kimi hallar iş yeri ilə evinin arasında qısa məsafələr olan sürücülərin avtomobillərində daha çox yaşanır. Səbəb odur ki səhər avtomobili işə salıb 2-3 km sonra söndürür. Axşam da yenə eyni hal. Bu o, demək deyil ki, siz səhər avtomobili işə salib 90 dərəcə qızana kimi gözləməlisiz. Avtomobil sadəcə çox az sürüldüyü ücün mühərrik nisbi rütubətdən yaranan kondensatı buxarlandıra bilmir. Əgər sizin avtomobildə bu hallar yaşanarsa sizə mühərrik belə sökdürə bilərlər, amma düzəlməyəcək. Yalnız bir yolu var ki, avtomobili biraz uzun məsafələrdə sürmək lazımdır.