Sintetik motor yağı uzun müddətdir ki, aktual mövzu olub və bu uzun müddət belə davam edəcək. Sintetika adi motor yağı ilə müqayisədə bir sıra üstünlüklərə malik olsa da el arasında çoxlu miflər yayılmışdır.
Bu miflərdən bəzilərini nəzərdən keçirək:
“Sintetik motor yağı əsl yağ deyil.”
Bəzi insanlar sintetik yağa “saxta” yağ kimi baxırlar – təbii olmayan bir şey. Amma belə deyil. Təbii ki, sintetik yağ laboratoriyada süni şəkildə yaradılır, lakin “sintetik” termini materialdan çox, prosesə aiddir.
Prosesdə müxtəlif əsas yağ ehtiyatlarından istifadə olunsa da (bir məhsuldan digərinə),sintetik motor yağlarının əksəriyyəti neftdən əldə edilən yüksək təmizlənmiş yağlardır. Sintetiki fərqləndirən əsas xüsusiyyətlər onun molekulyar səviyyədə vahidliyi, çirklərdən azad olması və yüksək keyfiyyətli aşqarların olmasıdır. Bütün bu keyfiyyətlər sintetik yağın adi yağlara nisbətən daha geniş temperatur diapazonunda daha uzun müddət dayanmasına imkan verir.
“Sintetik motor yağına keçdikdən sonra geri dönə bilməzsiniz.”
Sayı durmadan azalmasına baxmayaraq, bir çox mühərrik fabrikdən adi yağla doldurulmuş olaraq gəlir . Adi motor yağı birbaşa xam neftdən alınır və distillə edilir. O, ölçüsü və forması qeyri-müntəzəm olan molekullardan ibarətdir və tərkibində sintetik yağdan daha çox çirk var. Adi yağ sintetik yağ qədər uzun ömürlü deyil və onun kimi qorumur və buna görə də bir çox avtomobil sahibləri həmçinin avtomobil istehsalçıları ənənəvi yağdan sintetik yağa keçməyi seçirlər.
Ancaq bir çox sürücülər sintetik yağa keçdikdən sonra adi yağa qayıda bilməyəcəyini düşünür. Bu tamamilə yanlış fikirdir.
Əslində, ikisi bir-birinə uyğundur. “Yarı sintetik” və ya “sintetik qarışıq” məhsulları sintetik və ənənəvi yağın qarışığıdır. Buna görə də, istənilən vaxt ikisi arasında keçid edə bilərsiniz, həm də sintetik və ənənəvi yağı bir-birinə qarışdıra da bilərsiniz.
Tövsiyə olunur ki, yağ əlavə edəndə mühərrikdə qalan eyni məhsuldan istifadə edəsiniz.
Sintetikə keçdikdən sonra geri qayıtmağa ehtiyac yoxdur, lakin istəyə görə bunu edə bilərsiniz.
“Sintetik yağ yüksək yürüşlü avtomobillər üçün yaxşı deyil.”
Başqa bir mif, sintetik yağın köhnə mühərriki yenisi kimi qoruya bilməyəcəyidir. Yenə deyirəm, bu doğru deyil. Bu hekayə yüksək yürüşlü mühərriklərinə sintetik yağ əlavə edən və sonra yağ sızması aşkar edən bəzi avtomobil sahiblərinin təcrübəsindən qaynaqlanır. Lakin bu, sintetik yağın mühərrikiniz üçün zərərli olduğu ilə əlaqəli deyil.
Sintetik motor yağı, daha tutarlı, asan axır və mühərrikin içini təmizləmək üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli yuyucu vasitələrdən ibarətdir. Lakin, sintetik yağ yaxşı baxılmamış köhnə avtomobil üçün problem yarada bilər. Uyğun olmayan yağ dəyişiklikləri (əsasən adi yağ ilə) mühərrik çöküntülərinə və lillərə turşu birləşmələrin mühərrikdə yığılıb qalmasına şərait yarada bilər. Köhnə mühərrikdəki contalar bəzən sahibinin fərqinə varmadan köhnəlir, mühərrikdə çatlar əmələ gəlir. Köhnə yağ həmin bu çatları tutur və yağı içəridə saxlayır. Sintetikin təmizləmə gücü çirkləri təmizləyir və köhnə yağın tutduğu çatlarda bəzən sızmaya səbəb olur.
Ancaq sintetik yağ, yaxşı baxılmış köhnə mühərriklər üçün ideal bir seçimdir. O, yüksək yürüşlü motoru yenisi kimi qoruyur. Sintetik yağın tərkibində mühərrik contalarının ömrünü uzatmaq üçün əlavə qatqı maddələr və yumuşaldıcılar var . Köhnə mühərrikiniz yararsız vəziyyətdədirsə, sintetik yağdan istifadə etməzdən əvvəl onu təmir etdirməyiniz tövsiyyə olunur. Lakin sintetik yağ yüksək yürüşlü avtomobillər üçün əla seçimdir.
“Sintetik yağdan istifadə yeni avtomobilinizin zəmanətini ləğv edəcək.”
Bəzi insanlar mühərriklərinə sintetik yağın qoyulmasının yeni avtomobilin zəmanətini ləğv edə biləcəyinə inanırlar. Bu doğru deyil. Əgər siz fırlanan mühərrikli Mazdaya sahib deyilsinizsə, adi yağ əvəzinə sintetik yağ əlavə edə bilərsiniz.
Adi yağdan istifadənin zəmanətinizə mane ola biləcəyini söyləsəniz, bu daha çox həqiqətə yaxın olar. Bir çox avtomobil istehsalçıları mühərriklərində sintetik yağa keçid etdilər. Mühərrikiniz istehsalçıdan sintetik yağı ilə gəlibsə, avtomobilin ömrü boyu sintetik yağdan istifadə etməlisiniz. Ənənəvi yağdan istifadə zəmanəti ləğv edə bilər.
Mercedes, BMW, Honda, Toyota, Chevrolet kimi şirkətlərdə bəzi modellərin mühərrikində sintetik yağın istifadəsini tələb olunur. Bəzi yağların özlülük dərəcələri (məsələn, 0W-16 və ya 0W-08) yalnız süni, sintetik yolla hazırlana bilər. Avtomobiliniz sintetik olaraq gəlibsə, istehsalçının tövsiyələrinə əməl etməyiniz tövsiyyə olunur.
Sintetik yağ istifadə edirsinizsə, yağınızı adi yağla müqayisədə daha uzun aralıqlarla dəyişə bilərsiniz. Sintetik yağın fərqli bir üstünlüyü onun termal parçalanmaya tab gətirmə qabiliyyətidir. Buna görə də, hər yağ dəyişikliyi arasında daha çox mil qət edə bilməlisiniz.
Mühərrik üçün yağ dəyişikliyi arasındakı müddət mühərrik istehsalçısı tərəfindən müəyyən edilir. Bu, istifadəçi təlimatında və ya texniki xidmət cədvəlində göstərilmişdir. Avtomobildən asılı olaraq intervallar 5K mil ilə 10K mil və ya daha çox dəyişir. Bəzi “xüsusi” və ya “ağır” sürücülük şərtləri daha qısa fasilələr tələb edə bilər.
Sintetik yağ mühərrikinizi adi yağdan daha çox qoruyacaq və yağ dəyişdirmə müddətini daha da uzadacaqdır. Lakin avtomobiliniz zəmanət altında olarkən sizin məsuliyyətiniz istehsalçının tövsiyələrinə əməl etməkdir.
Unutmayın, avtomobiliniz üçün tələb olunan yağın növü, çəkisi və yağ dəyişmələri arasında tövsiyə olunan müddəti öyrənmək üçün həmişə avtomobilinizin istelsalçısının təlimatına müraciət edin. Sonra sintetik yağa keçidlə bağlı tövsiyələrini almaq üçün etibarlı, texniki xidmət göslərən mərkəzə müraciət edin.