Təbii olaraq idarə etdiyiniz avtomobil nasaz olduqda avtomobiliniz üçün ehtiyat hissəsi almaq lazım olacaq. Hal-hazırda avtomobil ehtiyat hissələri bazarında orijinal ehtiyat hissələri ilə yanaşı orijinal olmayan, saxta ehtiyat hissələri də mövcuddur. Ona görə də ehtiyat hissəsi alarkən diqqət edilməli olan bir neçə məqam var.
Qlobal bazarda satış payı olan bir neçə avtomobil ehtiyat hissəsi istehsal edən firmalar var ki, müştərinin etimadını qazanmaq üçün müxtəlif layihə və kampaniyalar həyata keçirir, müştəri məmnuniyyətini təmin etmək üçün bir sıra işlər görürlər.
Bunlardan ən önəmli olanlardan biri avtomobil ehtiyat hissəsini birbaşa zəmanətlə aldıqda, ehtiyat hissəsinin satışını həyata keçirən hansısa təmsilçi vasitəsilə sizə göndərilən və ya birbaşa firma tərəfindən çatdırılma yolu əldə edilən ehtiyat hissəsinin qutu və bağlamasında firmanın orijinal loqosu və holoqramın olmasıdır. Sözügedən holoqram isə məhz qutu və bağlamanın tam açılış yerinə vurulur. Buna səbəb isə həmin ehtiyat hissəni sizdən öncə kiminsə açıb ya açmadığını anlaya bilməyinizdir. Əgər orijinal adı altında aldığınız avtomobil ehtiyat hissəsinin bağlamasında holoqram zədələnibsə, həmin ehtiyat hissəsini dərhal qaytarmalısınız.
Orijinal ehtiyat hissəsi alarkən diqqət edilməsi lazım olan ikinic məqam isə alınan hər ehtiyat hissəsinin qutusunda istehsalçı firmaya aid seriya nömrəsinin olmasıdır. Bağlamada mövcud olan həmin seriya nömrəsi məhsulun orijinal məhsul olmasını və firma tərəfindən istehsal edilib satışa verildiyini təsdiqləyir.
Orijinal avtomobil ehtiyat hissəsi alarkən məhsulun qutusunda qeyd olunan seriya nömrəsini firmanın saytında da yazaraq həmin ehtiyat hissəsinin məlumatları ilə tanış ola bilərsiniz.
Ehtiyat hissəsi alarkən üçüncü əsas məqam isə aldğınız məhsulun alınması ilə bağlı fakturanın olmasıdır. Bu ehtiyat hissəsini sizə mağaza hədiyyə versə də, mütləq şəkildə firmanın adı olan faktura sizə verilməlidir. Aldığınız ehtiyat hissəsinin bağlamasındakı holoqram və ya barkod nömrəsi və digər əsas qeydlər sizə təqdim edilən fakturadakı ilə eyni olmazsa, o zaman həmin məhsulun orijinallığını daha ətraflı incələməyinizi tövsiyə edirik.
Avtomobil ehtiyat hissəsi alarkən fakturanın sizdə olması həm də məhsulu firmaya qaytarmaq istədiyinizdə sizə lazım olaacq. Firma fakturası olmayan avtomobil ehtiyat hissələrinin qaytarılma və ya dəyişdirilmə tələbinə demək olar ki, yanaşmır. Ona görə də əgər ehtiyat hissəsi alarkən sizə faktura təqdim edilibsə, o fakturanı mütləq şəkildə saxlamaq lazımdır.
Niyə orijinal ehtiyat hissələri?
Təəssüf ki, avtomobillər alındığı gün kimi yeni qalmır. Avtomoilləri müəyyən müddət istifadə edildikdən sonra bəzi hissələrində deformasiya, nasazlıq yaranır. Bu zaman avtomobilə əlavə edilən ehtiyat hissəsi avtomobilin sonrakı hayətını müəyyən edir desək, tam uyğun olar.
Avtomobil ehtiyat hissəsi alarkən orijinal olanına üstünlük vermək lazımdır. Orijinal ehtiyat hissələri avtomobilinizin ilk günkü performansını geri qaytarır. Həmçinin avtomobilin digər hissələri ilə də uyğunluq təşkil etdiyi üçün, hər hansısa narahatlıq yaşanmır.
Orijinal ehtiyat hissələri istifadə etməyin avantajları əsasən bunlardır:
- Avtomobilin ömrünü uzadır;
- Avtoomobilinizi təhlükəsiz istifadə etmək şansı yaradır;
- Avtomobilin performansını artırır;
- Avtomobilin yanacağa qənaət etməsinə səbəb olur;
- Avtomobilin orijinallığını pozmur;
- Orijinal ehtiyat hissələri zəmanətli olur.