Salondan pis qoxu (zəhərli qaz iyi) gəlir?
Deməli zəhərlənirsiz!
Bu gün sıravı azərbaycanlı üçün yeni avtomobil almaq çox çətindir, ona görə də köhnə avtomobilləri istifadə etmək məcburiyyəti yaranır. Bu avtomobillərdə isə salondan dəm qazı (uqar, Carbon Monoxide) sadə dildə desək qluşitelden çıxan qaz iyindən çox adam şikayət edir.
Bu qaz avtomobilə bir neçə cür daxil olur. Bu haqqda yazmaq istəmirəm, sadəcə ümümiləşdirsək bu avtomobilin texniki cəhətdən nasaz olması və zəhərli qazların içəriyə daxil olması ilə nəticələnir. bu Bu isə çox təhlükəlidir. Siz asta-asta zəhərlənirsiniz.
Bu bir çox adamda baş ağrısı, ürək bulanma, halsıqlıq, sarılıq, uşaqlarda qusma və huş itirmə kimi hallarla nəticələnir. Elə bilirlər ki, belə də olmalıdır. Halbuki bu insanlar yüngül zəhərlənmə keçirirlər, amma xəbərləri olmur. Uzun müddətdə isə bu, çox ciddi fəsadlarla nəticələnir.
Belə bir hal varsa o avtomobili sürməmək daha yaxşıdır, nəinki zəhərlənmək.Bəlkə də sabah daha gözəl avtomobil ala bilərsiniz, amma sizin və ailəniz can sağlığı daha vacibdir.