Haqqımızda
Haqqımızda
Avtok1ub Yağ Mərkəzi 2018-ci ildə Azərbaycanda avtomobillərə yağ dəyişmə və periodik texniki xidmət sahəsində yeni xidmət mədəniyyəti formalaşdırmaq məqsədilə fəaliyyətə başlayıb. İlk filialımız Bakı şəhərinin Mikayıl Əliyev küçəsində açılıb və əsas məqsədimiz sürücülərə orijinal məhsullar, peşəkar xidmət və yüksək müştəri məmnuniyyəti təqdim etmək olub.
Bu gün Avtok1ub ölkənin aparıcı yağ mərkəzlərindən biridir. Hazırda 12 filialımızda fəaliyyət göstərən 60 nəfərlik peşəkar komandamız hər ay orta hesabla 4 500 avtomobilə xidmət göstərir. Mühərrik yağı və filtr dəyişdirilməsi ilə yanaşı, avtomobillərin periodik texniki baxışı və digər texniki xidmətlər də müasir avadanlıqlarla, istehsalçı tələblərinə uyğun şəkildə həyata keçirilir.
Bizim əsas fərqimiz yalnız keyfiyyətli və orijinal məhsullar təqdim etmək deyil, eyni zamanda sürücülərə Azərbaycanın müxtəlif bölgələrində eyni yüksək xidmət standartını təmin etməkdir. Avtok1ub-da hər bir proses sistemli şəkildə qurulub ki, müştərilərimiz hansı filialımıza müraciət etməsindən asılı olmayaraq eyni peşəkar yanaşma ilə qarşılaşsınlar.
İnanırıq ki, avtomobilə düzgün qulluq onun uzunömürlü və etibarlı istismarının əsas şərtidir. Buna görə də fəaliyyətimizi dürüstlük, peşəkarlıq, şəffaflıq və daim inkişaf prinsipləri üzərində qurur, hər bir sürücünün etibar etdiyi avtomobil xidmət markası olmağa çalışırıq.
Avtok1ub olaraq məqsədimiz yalnız avtomobillərə xidmət göstərmək deyil, Azərbaycanda avtomobil servisi sahəsində keyfiyyət standartlarını daha da yüksəltmək və sürücülərin ilk seçim etdiyi etibarlı marka olmaqdır.
