Logo

120 AT GÜCÜ OLAN MAŞINLARI M5 BMW KİMİ SÜRƏNLƏR ÜÇÜN

120 AT GÜCÜ OLAN MAŞINLARI M5 BMW KİMİ SÜRƏNLƏR ÜÇÜN

120 AT GÜCÜ OLAN MAŞINLARI M5 BMW KİMİ SÜRƏNLƏR ÜÇÜN. 

Bu günkü mövzumuz sürüş tərzinə görə indivudal yağ seçimi barəsində olacaqdır. Əslində bu mövzu demək olar ki bildiyim qədəri ilə bizim ölkədə aktualdır. Çünki bizim bir çoxlarımız avtomobili təyinatı üzrə istifadə etmirik. Məsələn belə izah edim. M5 almağa güçümüz çatmır, amma kasıbçılıqla yığıb 15000 ə aldığımız maşını da elə sürürük ki san ki az qala onnan M5 performansı istəyirik. Əslində isə o maşınlar ekanom sinifinə aid olub, sakit asta sürüşlə işə get evə gəl üçün dizayn olunub. Sürücü isə bu standartların üzərinə çıxanda isə burda yağın da bəzi dəyişiklikərə məruz qalması baş verir. 
Müasir mühərrik yağlarını 2 özüllük sinifinə bölmək olar. Aşağı özüllüklu və yuxarı özüllüklü yağlar. Əslində hər bir özüllükün öz tələbinə uyğun mühərriklər və bu mühərriklərin istismar şərtləri vardır. Siz doğru özüllüyü doğru mühərrikdə istifadə etsəniz, uzun zaman dilimində mühərriklə bağlı problem yaşamayacağınıza əmin ola bilərsiz.

Çox yüksək özlülüklü yağlar; Onların axıcılığı zəif olduğundan, aşağı temperaturlarda mühərrikin bütün hissələrinə çatmaya bilər. Bu da zamanından qabaq aşınma yarada bilər.

Çox aşağı özlülüklü yağlar; Yüksək temperaturda onlar incələşə və qoruyucu xüsusiyyətlərini itirə bilərlər.Bu da zamanından qabaq aşınma yarada bilər.

Məsələni loru dildə belə izah edim ki hər kəs fikrimi daha yaxşı qavraya bilsin. Tutalım ki sizin avtomobilin yağ tələbi 0W-20 özüllüklü yağdır. Normal müəllim sürüşü ilə işə get evə gəl rejimində bu özüllükdə yağ sizə heç bir sıxıntı çıxara bilməz. Buna əmin ola bilərsiz. Amma yox siz mühərriki bu yağla yüksək dövrlərə çixarsaz və mühərrikdə işci tempratur artarsa , 0W-20 daha çox incələcək və yağ mühərrikdə öz qoruma güçünü itirəcəkdir. Bu halda istehsalçının tələbi olan 0W-20 tələbini kənara qoyub eyni tərkibli və ya eyni standartlı amma  daha yuxarı özüllüklü yağ seçməkdə fayda var. Məsələn 0W-30  0W-40 kimi. Bu halda mühərriki daha çox qorumuş olarsınız.
Yağ dəyişmək ,yağ ustası olmaq, nəbilim yağ mütəxəsisi olmaq,  karter açıb bağlamaqla, filter dəyişə bilməklə,  matorxana təmizləməklə canım sizə desin çox fış fış servizə sahib olmaqla ölçülmür. Əsl yağ mütəxəsisi yağ seçərkən hər bir avtomobilə,onun sahibinin sürüş tərzinə və ayağının pedala necə basmağına belə indivudal yanaşmalıdır. Bax bu zaman o adama sənətkar demək olar. Amma belə adi söhbət yağ dəyişməkdən gedirsə bu işi sənət hesab etmək olmaz . İşi görəni də sənətkar hesab etmək olmaz. Çünki karter açıb filter bağlamağı siz özünüz də baçararsınız. Ona görə əlində 5000 olan gedir yağ dəyişmə açırda)))).  Bakıdakı yağlamaların çoxunun sahibi müştərimiz olubdur. Sadəcə biz yamada yağ dəyişəndə ancaq karter açıb filter bağlamağı görüb elə bilib elə iş bundan ibarətdir.

İndi deyəcəksiz ki bəs birdən indivudal yanaşmasa nə olar? Yəni eyni maşına bərk qovanada ,asta sürənədə götürdü 0w-20 tökdü.
Qısa zamanda heçnə olası deyil.  Siz bunu heç hiss də etməzsiniz. Amma bir müddət sonra mühərriki içindən yeyən aşınmalar artıq səslərin əmələ gəlməsinə və zamanından qabaq  sizin bir balaça xərcə düşməyinizə səbəb olacaqdır. Ustadan da soruşsaz bu niyə belə oldu? Cavabı bu olacaq. 
Qaqa bu motorlarda xəstəlikdi 100000 i keçənnən sora səs edir. 
Oxuduğunuz üçün təşəkkür edirəm. Əlavə suallarınız olarsa şərh bölməsində qeyd edin uyğun zamanda bütün suallarınıza cavab alacaqsınız.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.