15 İL AVROPADA PROBLEMSİZ İŞLƏYƏN RENAULT AZƏRBAYCANDA NİYƏ 2 İL DÖZMÜR.
İlk öncə qeyd edim ki yazdıqlarım öz subyektiv fikrimdir və sadəcə öz düşündüklərimi və praktikada gördüklərimi sizinlə bölüşürəm. Əgər sizin də hər hansı bir formada fikriniz olarasa şərh bölməsində yazsanız məmnun olarıq.
Bir iki il bundan öncə Renoların Bakıya kütləvi axını başladı. Həm yanaçağa ekanom, həm də qiymət cəhətdən əl çatan bu avtomobillər çox sürətlə yayılmağa başladı və demək olarki iki ildən sora necə yayılmışdısa elədə yollardan yığışdı. Bəs niyə iki il dözmədi? Axı avropalılar bu avtomobili uzun illərdir idarə etdi və hələdə idarə edirlər. İndi izah edim.
Bazar qiyməti 8000 Azn dən başlayan bu Reno avtomobilləri əsasən aşağı büdcəli sürücülərin seçimi idi. Çoxuda bu avtomobillərlə taxi fəaliyəti göstərmək üçün almışdı. Sahəm yağ olduğu üçün elə məsələyə yağ tərəfdən girəcəmki rahat izah verim. Bu avtomobillərin yağ tələbi RN 0720 kodlu yağdır ki normal keyfiyyətli firmalarda bu yağın qiyməti minimum 100 Azn dir. Reallıq budur ki ölkəmizdə taxi fəaliyətinin qiyməti avtobus qiymətinə yaxın olduğu üçün bu sürücülər imkan edib bu avtomobillərə düzgün normal yağ ala bilmirdilər. Həqiqətəndə bu gün 1.5 Azn ə müştəri aparan bir taxi sürücüsünün 100 azn yağa pul verməsi biraz retki rast gəlinən hadisədir. Maliyə çatışmazlığı olan sürücü məcbur əlinə nə yağ gəldi istifadə etdi bu avtomobillərə və Reno bunu bağışlamadı. Matorlar başladı yavaş yavaş başını yerə qoymağa.
Əslində Coninin sürdüyü Reno pis maşın deyil. Sadəcə biz Coni ola bilmədik.
Amma az da olsa bu avtomobillərə düzgün qulluq edib hələdə problemsiz idarə edənlər vardır. Oda çox az sayda.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.