Logo

ADİ YAĞI MƏLUMATSIZ MÜŞTƏRİYƏ BAHA SATMAĞIN QIZIL QAYDASI.

ADİ YAĞI MƏLUMATSIZ MÜŞTƏRİYƏ BAHA SATMAĞIN QIZIL QAYDASI.

ADİ YAĞI MƏLUMATSIZ MÜŞTƏRİYƏ BAHA SATMAĞIN QIZIL QAYDASI. 

Dünən bir yaxın dostla söhbət edirik. Dostum da olsa çox afiristin biridir (indi şərhdə kimsə yazacaq ki sənin kimi adamın dostu olmaya bütün adamı ortaya qoyub zir zibilini açırsan). Nəysə bu dostumla oturub yağ firmalarının səy səy marketink temalarına baxırıq tik tokda filan. Buna göstərmək istəyirəm ki bu qoyunlar bu cür etməklə yalnız səviyyəsiz kütləyə xitab edir. Səviyyəli kütlənin qarşısına isə səviyyəli reklam və səviyyəli kontentlə, səviyyəli mövzularla çıxasan gərək. Dərd orasıdır ki səviyyəsiz kontingentin qarşısına da səviyyəli mövzu ilə də çıxanda o da başa düşmürhaaa. Sadəcə gərək nə qədər beyinli adam olasan ki, öz kontingentini seçəsən. Onu formalaşdırasan.
Məsələn mən baxıram görürəm qarşımdakı məni başa düşmür day ona heçnə yazmıram. Onsuzda başa düşmür niyə özümü yorum ki? O enerjini başa düşənə xərcləyib onun inkişafında daha da yaxşı nəticə almaq olar. Hə nə isə mövzudan kənara getməyək. Oturub dostumla yenə qeyd etdiyim kimi tik tokda yağ reklamlarını analız edirik. Birdən biri qarşımıza çıxdı. Bir avto bloger reklam edir adi bir orta seqment yağı. Zibil yağ deyilaaa haqqına girməyək. Amma day dəhşət bir şey də deyildə. Qardaşın bütün reklamlarına baxıram hamsında bir söz deyir. BU YAĞLA APAR 15000 SÜR MƏN ZƏMANƏT VERİRƏM. 
Deməli paylaşımların şərh hissəsinə baxıram millət bu 15000 km söhbətinə görə töklüşüb hammı harda satıldığını soruşur nəbilim qiymət filan. Qeyd edim ki qardaşın babat izləyici kütləsi var deyənə şərhin çox olması normaldır. Avtoblogerlərdə olan şeydi elə. 
Hə nə isə şərhlərə baxırıq millət töklüşüb ki bu yağdan bizə də verin. Üzümü çevirdim dostuma dedim bax gör bu 1000 ə yaxın şərhdə bir ağıllı yazacaqmı ki , ay qardaş sən hansı şərhərin yol infrastrukturuna görə, hansı ölkənin yanaçağına görə, hansı şəhərin 25 km/saat orta sürüşünə görə bu 15000 i çığırırsan?  Ümumiyyətlə soruşan yoxdur ki ay qardaş sən kimsən, nəçisən, sənətin nədir, hansı sahə üzrə mütəxəsissən? Sən mühərrik yağı barəsində hansı texniki bilginə əsaslanıb bu zəmanəti verirsən? 
Mən başa düşürəm niyə elə deyildiyini. Axı bir reklamçı olaraq əlinə aldığı konisterin nəsə bir özəlliyi yoxdu axı danışıla ( dünənki yazımda yağlarda olan bəzi özəllikləri yazmışdım). Məcbur olub ilk ağıla gələn və rahat hızm olunan yalan seçilir. Yüksək kilometraj verək qoy heç olmasa ona görə də az da olsa alınsın.
Blogersən lap yaxşı əcəb edirsən. Get xor xor qulişitellərin səsini paylaşdaa. İzləyicin var oda lap yaxşı. Oların ağlına uyğun istənilən düşük mövzuları qoy oturub izləsinlər də beyinsiz kütlən. İndi həmən beyinsiz kütlənin beyinsizliyindən iatifadə edib firmadan reklam üçün aldığın 400-500 manat pulun qarşısında yalannan yüksək probeq verib mühərrikləri dağıtmaq olmaz axı.  Sabah o firma ilə reklam müqaviləsi pozulur amma olan sürücüyə mühərrikə olur. Olan bir insanın ailə büccəsinə olur.  Ayə a qadan alım. Burda Erməni zad yoxdueee malına zərər verək. Hammı Azərbaycanlıdı. Niyə bir birimizin malına puluna düşmən kəsilək ki nədi dəni 100 manat artıq pul qazanacıqsa?  Gedin görün bir Yapon, bir Alman, bir İsveçli öz millətinə pul xatirinə nəyisə satmaq xatrinə yalan deyərmi?  Qanacağınız olsun da. Vallah qanacaq olanda inanın ki pul da olur amma düzgün yolla. Gedin bir dəfə başqa millətə edin bunu deyim oğulsan necə ki Kitaylı leş malını bizə sata bilireee bax elə. Yoxsa elə ancaq qoyasan özümüz özümüzə edəkeeee. Milli qeyrət milli təsübkeşlik və bir birimizə dəyər vermıyi mütləq formalaşdırmalıyıq. İnanın ki başqa yolumuz yoxdur bir millət olaraq. Özümüz özümüzə dəyər berməsək qorumasaq kimsə bizə nə dəyər verəcək nə də qoruyacaq.

Ümumiyyətlə bu bir çox firmaların teklamında da qarşıma çıxır. Apar bu yağı 15000 sür zad teması. Ay əzizlərim 15000 də sürmək olar 20000 də sürmək olar. Bunun üçün yüksək keyfiyyətli kükürdsüz yanacaq, tıxacsız yol infrastrukturu, tozsuz hava şəraiti lazımdır.  Gedin bu saat istənilən yağı sürün 15000 ilkin etabda heç nə olası deyil heç nə də hiss edəsi deyilsiz. Amma mühərrik daxildə didilir axı. Bu çür sürüşlə 3-4 yağ dəyişmədən sonra kim mühərrikçiyə ən azı 3000 Azn  ən çoxu 10000 Azn  vermək istəyirsə sürsün problem yoxdu. Sonra da Faceebookda yazarlar ki qaqa axır zamanlar motor yaman səsli işləyir nədən olar? 

İndi kimsə birdən çaşıb şərhdə yazar ki guya mən kiməsə paxıllıq zad edirəm deyə belə yazıram. Vallah məni tanıyanıar bilir ki elə şeyə fikir verən deyiləm heç hammıya mən satım deyə marağım da yoxdu. Heç məhsul reklamı edən biri də deyilk ki deyək lki kiminsı guya reklamına göz zad tikmişik))). Biz heç öz satdığımız malı öz səhifəmizdə reklam etmirik. Burdakı bir çoxlarınız da bilir ki biz ümumiyyətlə beynsiz adama mal belə satmırıq. Beyinsiz firmada da mal almırıq. Yəni 1000 dənə dəliyə mal satmaqdansa 10 dənə ağıllıya düzgün xidməti etmıyi seçənik. Satış düşünən olsaydıq qırğın kütləyə xitab etməyi düşünən olsaydıq indi Avtok1ub da ağlına nə yağı gəldi var idi. Doldurmuşduq ora it ilxısı köpək sürüsü hamsını. Kimin pulu nəyə çatdı ver apareeee. Əsas məsələ pul olsun keyfiyyəti boş ver deyib rekord satış edərdik. Bizim  fikrimiz ilk öncə insanların beynindəki düşüncə tərzini düzətməkdi. Beyin düzəlsə inanın ki maşınlar da düzələcək.

Bilirəm biraz yazım uzun oldu. Oxuyan hər kəsə təşəkkür edirəm. Ümüd edirəm ki fikirlərimi sizə aydın izah edə bildim.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.