Logo

ALLAHIN ÜMÜDÜNƏ SEÇİLƏN YAĞLAR.

ALLAHIN ÜMÜDÜNƏ SEÇİLƏN YAĞLAR.

ALLAHIN ÜMÜDÜNƏ SEÇİLƏN YAĞLAR.

Əslində bu gün nə isə yazası deyildim. Səhər yuxudan durdum gördüm bir qardaş yazıb ki bəs mən bu gün maşın alacam bazardan. İstəyirəm gətirəm motoru muayinə edib yağ seçəsiz ki, sonradan problem yaşamayım. Biz də öz növbəmizdə dedik ki,  aldığın adamdam bu günə kimi nə yağı ilə işlətdiyini də soruş. Artıq belə halda mühəərikə ən uyğun, ən optimal yağı seçmək olur. Çünki  birdən o adam məsələn 5w30 la işəməli maşını 5w40 la işlətmiş olar. Sabah mən də buna 5w30 verəndən sonra mütləqdir ki yağ da azalacaq motor da səsli işləyəcək. Hətda motor vura da bilər.
Həqiqətən qardaşın yanaşması çox xoşuma gəldi. 
Bu yanşmadan sonra  yenə facebookda şərhlərdə, forumlarda yağ seçənlər yadıma düşdü. Ehtiyyat hissəsi mağazasına girib texpasportu veriree "qaqa ala maaa yağ ver" olar yadıma düşdü. Qaqa da maşının motorun çirkindən, resursundan, səs küyündən xəbərsiz bir yağ verir ki buyurun alın. Hələ o yağı da texpasportla dopuska uyğun verə bilsə böyük şeydi.  Bax mən elə seçilən yağlara Allahın ümüdünə seçilən yağlar deyirəm.

Sualım mağazadan yağ alan sürücülərədir. Bir dəfə də olsun satıcı çıxıb çölə motorun qapağını açıb baxıbmı ki görək bu yağ bu motora vermək olar yoxsa yox?  Təbii ki yox.  
Baxın səhv anlamayın haaa yazdıqlarımı. Mən nəyi izah etmək istəyirəm deyim. Mən demirəm ki mağazadan yağ almayın gəlin bizdən alın. Mağazadan da, online da, nəbilim sadəcə şəklinə baxıb da yağ almaq olar. Amma bir şərtlə ki maşının resursu aldığın o yağa uyğun olsun. Motoru ən kiçik nəsə nasazlıq olanda təmir olunmuş olsun, klapan salnikləri vaxtında dəyişmiş olsun, kolçası yeyiləndə vaxtında dəyişdirilmiş olsun, motorun içi köhnədən zir zibil yağla işlənməmiş və təmiz olsun. Yollarımızdakı maşının neçə faizi mən deyən kimidir?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.