Artıq yenilənmə zamanıdır.

14.08.2026

Artıq yenilənmə zamanıdır.

Bəzən bir brendin tarixində elə qərarlar olur ki, kənardan baxanda çox kiçik görünür.
Bir hərf.
Bir rəqəm.
Bir domen.
Amma həmin kiçik dəyişikliklərin arxasında illərlə formalaşmış bir düşüncə dayanır.
Bizim üçün belə qərarlardan biri də Avtok1ub adının yazılışını dəyişmək oldu.
2018-ci ildə bu adı seçəndə “1” bizim üçün sadəcə rəqəm deyildi. “Avtoklub” sözündən fərqlənmək, 1 rəqəmini motivasiya mınbəyi olaraq seçib həqiqətən də bu sahədı 1 nömrə olmaq və özümüzə məxsus bir işarə yaratmaq istəyirdik. Beləcə Avtok1ub yarandı. Nə yalan deyim bacardığımız qədər o addakı 1 rəqəminin haqqınl vermək üçün əlimizdən gələni etdik. Xidmətimizlə, yanaşma tərzimizlə, böyüklüyümüzlə və s.

İllər keçdi.
Adımız böyüdü, fəaliyyətimiz böyüdü, bizi tanıyan insanların sayı artdı.
Amma bir məsələ zaman keçdikcə daha çox hiss olunmağa başladı.
İnsanlar bizi çox vaxt “Avtoklub” kimi tanıyırdı.
İnternetdə isə “Avtok1ub” idik.
Bu kiçik fərq bəzən böyük fərq yaradırdı.
İnsan sosial şəbəkədə “Avtoklub” yazırdı, bizi tapmaq çətinləşirdi. Google-da “Avtoklub” axtarırdı, qarşısına başqa nəticələr çıxırdı.
Bir müddət sonra düşündük:
Bəlkə problem insanların bizi necə tanımasında deyil. Bəlkə biz özümüzü insanların yaddaşında qaldığımız formada təqdim etməliyik. Və qərar verdik.

Artıq adımız Avtoklub olacaq.
Amma burada maraqlı bir detal var.
Loqomuzdakı “1” dəyişmir.
Çünki o “1” bizim tariximizdir.
Biz onu silmirik. Sadəcə artıq onu adımızın yazılışını çətinləşdirən bir detal kimi yox, bizi fərqləndirən simvol kimi saxlayırıq.
Başqa sözlə, adımız sadələşir, amma kimliyimiz dəyişmir.

Bu dəyişikliklə birlikdə daha bir mühüm addım atdıq. www.avtok1ub.az ilə yanaşı artıq www.avtoklub.com domeni də Avtoklubun rəqəmsal ünvanına çevrilir.
Bəlkə kiməsə bu, sadəcə domen dəyişiklikləri kimi görünə bilər. Bizim üçün isə bir az daha fərqlidir.
“.com” internetin ilk illərindən etibarən daha geniş, daha beynəlxalq bir rəqəmsal identikliklə əlaqələndirilən domenlərdən biridir. Biz də Avtoklubun gələcəyini yalnız bugünkü fəaliyyətimizlə məhdudlaşdırmaq istəmirik.

Bu gün Azərbaycanda fəaliyyət göstəririk.
Amma brend düşüncəsi sərhədlərlə məhdudlaşmamalıdır. Avtoklub.com adı bizə daha beynəlxalq görünür. Daha sadədir. Daha rahat yadda qalır. Və açığı, bizim bu gün yaratmağa çalışdığımız Avtoklub obrazına daha çox uyğun gəlir.

Bununla belə, köhnə ünvanımızı da birdən-birə kənara atmırıq.
Avtok1ub.az bizim tariximizin rəqəmsal ünvanıdır.
Avtoklub.com isə gələcəyə açılan yeni qapımızdır.
Birincinin arxasında keçdiyimiz yol var. İkincinin qarşısında isə hələ keçəcəyimiz yol.

Bəlkə də brend qurmaq elə budur. Keçmişi silmək yox. Keçmişdən gələn dəyəri qoruyaraq onu gələcəyin dilinə çevirmək. Biz Avtok1ub olaraq başladıq. Bu gün isə Avtoklub olaraq davam edirik.

Loqomuzdakı “1” qalır.
Adımız sadələşir. Rəqəmsal ünvanımız genişlənir. Və avtoklub.com ilə özümüzü daha böyük bir dünyaya təqdim edirik. Əslində dəyişən bir rəqəmdir. Amma məqsədimiz dəyişmir. Daha çox insana çatmaq. Daha asan tapılmaq. Daha böyük düşünmək. Bəlkə illər sonra kimsə soruşacaq:

“Bəs o loqodakı 1 nədir?” Onda biz cavabı biləcəyik. O, bizim haradan gəldiyimizi xatırladır.
Amma altında yazılan ad artıq bir şeyi deyir:
AVTOKLUB.
Və bu, bizim üçün yeni ad deyil.
Bu, illərdir insanların bizi çağırdığı adın nəhayət bizim də rəsmi dilimizə çevrilməsidir.