Logo

AVTOMAT SÜRƏTLƏR QUTUSU HAQQINDA BILMƏDIKLƏRIMI

AVTOMAT SÜRƏTLƏR QUTUSU HAQQINDA BILMƏDIKLƏRIMI

AVTOMAT SÜRƏTLƏR QUTUSU HAQQINDA BILMƏDIKLƏRIMIZ

Avtomatik sürət qutusu ilə təchiz olunan avtomobillərə komfortlu olması səbəbindən sürücülər daha çox üstünlük verirlər, ona görə də son illər demək olar ki, bütün maşınlar avtomatik sürət qutusu ilə təchiz edilir:
"Lakin bu tip sürət qutusu idarəetməni rahatlaşdırmasına rəğmən, avtomobilin xərclərini də artırır. Bir çox sürücü isə idarə etdiyi avtomobilin yeni sürət qutusunun 7000 manatdan baha olduğunu bilmir.
Avtomatik sürət qutusunda yaranan problem, xidmət və istifadə qaydaları ilə bağlı sürücülər tərəfindən müraciətlər olur. Sürücülərin bizə verdiyi əsas suallar barəsində istəyirik fikirlərimizi sizinlə bölüşək. 

Avtomat sürət qutusunun ömrü

Adətən bəzi sürücülər idarə etdikləri avtomobildə olan avtomatik sürət qutusunun onlara ömürlük xidmət edəcəyini düşünür. Bu, qətiyyən belə deyil. Sürət qutusunun 250-300 min km yürüş aralığında ilkin təmirə ehtiyacı yaranır. Bu göstərici isə həmin müddətə qədər düzgün xidmət göstərilən avtomobillərə şamil olunur.

Sürət qutusundan gələn səs

Bəzən ustalar avtomatik sürət qutusundan səs gəlməsi probleminin həllini sürət qutusunun yağının dəyişməsində görür. Ancaq bu, belə deyil. Sürət qutusundan səs gəlirsə və ya başqa bir problem hiss edilirsə, bu, yağ dəyişməklə düzəlmir. Adətən belə hallarda sürücü əlavə xərclərlə qarşılaşır. Sürət qutusunun yağı mühərrik yağı qədər ucuz deyil.

Yağın dəyişdirilməsi

Yağın dəyişdirilməsində sürücüləri çaşdıran bir neçə məqam var. Burada ilk növbədə yağın verdiyi kilometraj, sürət qutusu istehsalçısının tövsiyə etdiyi interval və sürət qutusunun vəziyyəti nəzərə alınmalıdır. Mən ümumiləşdirilmiş formada yağın 50 min km-dən bir dəyişdirilməsini məsləhət görürəm.

Soyuq aylarda yaranan problem

Avtomobil isti hava şəraitində soyuq vaxtdan daha düzgün çalışır. Adətən avtomobilin problemləri də qış aylarında – soyuq vaxtlarda üzə çıxır. Avtomobil - istər yeni olsun, istər köhnə - əgər havanın temperaturu 0 dərəcəyə yaxındırsa, mühərrik işə salınandan sonra temperaturun 30-40 dərəcəyə çatmağını gözləmək lazımdır. Bunun səbəbi isə sürət qutusunun mühərrikdən daha gec qızmasıdır. Belə hava şəraitində avtomobili işə salan kimi hərəkət etmək kobud şəkildə desək, mühərrikə 1, sürət qutusuna 5 ziyan vurur.

İşlənmiş avtomobillərdə sürət qutusu problemi

Çox adam ucuz, işlənmiş və avtomat sürət qutusu olan avtomobil almağa üstünlük verir. Həmin insanlar özlərinə əlavə xərc yaratdığını bilmir. Nəzərə almaq lazımdır ki, avtomobilin istismar ömrü (ilk təmirə gedəcək vaxt) 10-12 ildir. Bu illər arası avtomobil alan şəxslər sürət qutusunun hər an sıradan çıxma ehtimalının olduğunu unutmamalıdır. 10-12 yaş aralığında avtomobil almaq istəyən şəxslərin mexaniki sürət qutusuna üstünlük vermələri daha yaxşıdır.

Ötürmələrdə səs və idarəetmə tempi

Sürücülər adətən avtomobildə yüngül səs, boğulma və sürət qutusunun dəyişməsinin gecikməsindən şikayətlənir. Bu problem əksər hallarda köhnə avtomobillərdə baş verir. Bunun səbəbi sürət qutusunun xarab olması yox, ondan düzgün istifadə edilməməsidir. Belə hallar yanlış idarəetmə və mühərrikin zamanında lazımi gücü əldə edə bilməməsindən irəli gəlir. Bu cür problemlə qarşılaşan zaman mümkün qədər sürəti asta şəkildə yığmaq lazımdır.

Düzgün istifadə

Avtomatik sürət qutusu nisbətən sakit istifadə üçün nəzərdə tutulur. Yəni avtomobili yüksək qazla, ani sürət endirilməsi və artırılması ilə idarə etmək olmaz. Sürət qutusunda yaranan problemlərin bir çoxu məhz bu cür yanlış istifadədən qaynaqlanır".

Əlavə suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.