Logo

AVTOMAT SÜRƏTLƏR QUTUSU YAĞI HANSI İNTERVALDA DƏYİŞİLMƏLİDİR?

AVTOMAT SÜRƏTLƏR QUTUSU YAĞI HANSI İNTERVALDA DƏYİŞİLMƏLİDİR?

AVTOMAT SÜRƏTLƏR QUTUSU YAĞI HANSI İNTERVALDA DƏYİŞİLMƏLİDİR?

Sürətlər qutusu haqqında olan mövzularda ən çox soruşulan məsələ sürətlər qutusu yağının dəyişmə intervalı barəsindədir. Dəyərli dostlar. Əslində bir çox avtomobilin kitabında bu intervallar barəsində məlumat olsa da, bu məlumatlar nisbi sayılır. Yəni kitab sadəcə orda tutalım ki 80000 km yazır. Amma o sizin avtomobili hansı şəraitdə sürdüyünüzü bilmir və hesablamır. Məsələn şəhər içi sürülən avtomobillərdə sürətlər qutusu yağı mən deyərdim ki 40000 km də artıq yanır. Söhbət bizim Bakı şəhərindən gedirhaaa. Yollar tıxaclıdı, işıqforlar  çoxdur, yol kəsişmələri çoxdur və hava şəraitidə ki isti iqlimdir. Bu da sürətlər qutusu yağının daha tez yanmasına gətirib çıxarır. Hətda Amerkanka dediyimiz Amerikadan idxal olunam maşınlarda yağ soyutma sistemi soyuq iqlim üçün dizayn olunduğu üçün bizim iqlimdə bu soyutma sistemi yetərsiz qalır. Elə bu səbəbdən də Kruze  və  Fusionlarda yağın faha tez yanması özünü biruzə verir.
Tras sürülən avtomobillərdə isə bu yanma prosesi çox geç gedir . Çünki trasda həm sürətlər qutusu ən naqruzkasız yuxarı pillələrdə gedir. Həm də maşın sürətli sürüləndə qarşıdan gələn sürətli hava axını avtomobilin ön hissəsində duran yağ soyutma radiyatorunda yağın daha tez soyumasına kömək edir. Ona görə də daha çox tras sürülən maşınlarda sürətlər qutusu yağı 150 min km getəsə də həm naqruzkaya həm də qızmaya məruz qalmır deyə yanıb keyfiyyətini itirmir. 
Şəhərdə isə maşın ən naqruzkalı  1,2,3 cü pillələrdə hərəkət edir və həm də trasdakı kimi qarşıdan vurulan sürətli hava kütləsi ilə üz üzə qalmır. 
Təbii ki yağın yanmasına dəlalət edən məsələlərdən biri də moto saat söhbətidir. Əhmədlidən Şamaxinkaya 1 saata 12 km gedən maşınla Şamaxinkadan Şamaxıya 1 saata 120 km gedən maşının sürətlər qutusu yağının yanmasında fərq var.  Qət edilən yol məsafəsində10 dəfə fərq olmasına baxmayaraq  sürətlər qutusu hər iki variyanta 1 saat işləmiş olur. Hələ şəhərdə daha yüklü işləmiş olur və pillələr tez tez dəyişir. Trasda isə qət edilən yol şəhərdəkindən 10 dəfə çox 120 km olmasına baxmayaraq, avtomobil daha rəvan sürülür deyə yağ şəhərdə 12 km sürülən maşından da gec yanır.
İndi sizdə daha bir sual yaranacaq ki bəs biz mə edək, nəyə nəzərən dəyişək yağı? 
Dəyərli dostlar dünyada barmaq sayı qədər ZF Aisin və s kimi sürətlər qutusu istehsalçıları vardır. Demək olar ki bir çox abtomibil istehsal edən şirkətlər də bu sürətlər qutusu  istehsalçılardan qidalanır. Məsələn siz Zf in saytına daxil olsanız orda sürətlər qutusu yağı dəyişmə bölümündə tam izah verilir. Yazılır ki sürətlər qutusu yağı sizin sürüş tərzinizdən aslı olaraq fərqli zamanlarda keyfiyyətini itirə bilir. Ona görə də düzənli olaraq sürətlər qutusu yağının vəziyyətini kontrol etdirin. Düzənli olaraq demək day həftə səkkiz mən doqquz məsələsi deyil . Yəni ortalama olaraq hər 20000 km dən bir yağın yanıb yanmaması kontrol olunsa və yandığı zaman dəyişilsə daha məqsədə uyğun olar. Ümüd edirəm bu barədə sizə ətraflı məlumat verə bildim. 
Bir daha qeyd edirəm . Hansı məsafə qət etmənizdən və maşını neçə km sürməyinizdən aslı olmayaraq yağ tempratur təsirinə məruz qalıb yanarsa dəyişilməlidir. Yadınızda saxlayın yanmış sürətlər qutusu yağı sürətlər qutusunda daha çox aşınmaya şərait yaradır və bir zamandan sora həmən aşınmalar sürətlər qutusunda vurmalara, geçikmələrə , daxili çirklənmələrə və ən pis halda dağılmağa kimi gətirib çıxarır. Bu da o demıkdir ki 150-200 azn xərcləməyən adam sonra 1500 Azn lə zorla çanını qurtarır
Oxuduğunuz üçün təşəkkür edirəm. Yadımdan çıxan nəsə olarsa və ya sualınız olarsa şərh bölməsində unvanlaya bilərsiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.