Logo

AVTOMOBİL İNSAN KİMİ BİR ŞEYDİ, SADƏCƏ HOZUDUR DÜŞÜNCƏLƏRİ YOXDUR.

AVTOMOBİL İNSAN KİMİ BİR ŞEYDİ, SADƏCƏ HOZUDUR DÜŞÜNCƏLƏRİ YOXDUR.

AVTOMOBİL İNSAN KİMİ BİR ŞEYDİ, SADƏCƏ HOZUDUR DÜŞÜNCƏLƏRİ YOXDUR.

Hər gün səhər yüruşündə bulvarda oturub sizə avtomobildən nə isə yazıram ki bildiklərimin kiməsə faydası toxunsun. Bu gun düşündüm ki, yoxee bu dəfə insandan yazım. Çünki avtomobil də özü bir insan orqanizimi kimi bir şeydir. Sadəcə avtomobil biraz hozudu. Düşüncələri yoxdur))).Vay o günə bu dünyaya elə avtomobil kimi hozu gəlib hozu gedəsən. Abtomobil yaşlandıqca gözdən dəyərdən düşə də bilər, antikivar kimi dəyəri arta da bilər. İnsanda eyni ilə elədir. Yaşlandıqca müdrükləşə də bilər, urvatsızlaşa da bilər.
Gəlin sizə yaxşıdan, müdrikliyə gedən yoldan yazım

Dünyaya gələndən, sevginin, nəvazişin nə olduğunu biləndən hiss edirsən ki, iki nəfər səni səndən çox sevir, canını, malını, həyatını əsirgəmədən sənə təmənnasız xidmət edir. Məşhur nağılda deyildiyi kimi “qa” deyəndə çörək, “qu” deyəndə su verir. Sən bu insanları sevirsən, onlardan öyrənirsən: birinin adı “ata”, o birinin adı “ana”dır...

Bir az böyüyəndən, “xeyir”, “şər” biləndən hiss edirsən ki, sər işlər görəndə ürəyin qəm çəkir. Xeyir işlər görəndə isə qürurlanırsan, göydə uçan quşlar kimi qanadlanırsan, sevincindən yerə-göyə sığmırsan. Sonra anlayırsan ki, səni idarə edən, sənə yol göstərən bir hiss, bir qüvvə var, onun adı “vicdan”dır.

Vicdanlı hərəkətlərin, münasibətlərin cəmiyyətdə hörmətlə qarşılandığını, alqışlandığını görəndən sonra bütün həyatını belə yaşamağa, ətrafındakılara da bunu aşılamağa çalışırsan. Ata-ananın sənə verdiklərini sən də insanlara verməyə başlayırsan, təmənnasız xidməti həyatının mənası sanırsan. Öz səhvlərindən öyrənmək və öz üzərində işləmək dövrü başlayır. Buna “dünyagörüşü” deyilir.

Vicdan sənə kompas olandan, fəaliyyətini, hərəkətlərini idarə etməyə başlayandan hiss edirsən ki, doğmalar, yaxınlar, yadlar sənin şəxsinə, sözünə hörmətlə yanaşır, sən gələndə ehtiramla ayağa dururlar. Deməli, ətrafdakılarda sənə qarşı müsbət münasibət yaranır, bu, “nüfuz” adlanır.

Dayanmadan öyrəndikcə, öyrəndiklərini xeyirə xidmətə həsr etdikcə, nüfuzun artır, dünyagörüşün dərinləşir, təcrübən zənginləşir. Sən nəyi necə etməyi, hansı sözü harda deməyi bilirsən, heç kimlə mübahisə etmirsən, Amma haqsızlığa qarşı susmursan, mübarizə aparırsan, həmişə ədalətin yanındasan. İnsanlar sənin ətrafına yığışır, səndən məsləhət alır. Buna “ziyalılıq” deyilir.

Savadın, cəmiyyətə faydan artdıqca, ətrafındakı insanlar da çoxalır, sənin şəxsinə maraq artır. Sən daim axtarışdasan, sənə olan ümidləri dogrultmağa çalışırsan. Daim yeni layihələr fikirləşir və həyata keçirirsən. Amma özün yüksəldikcə, insanlara münasibətin dəyişmir, sadəsən - böyüklə böyük, kiçiklə kiçiksən. Buna “alimlik” deyilir.

Sən öz üzərində işləməyi, öyrəndiklərini xeyirə həsr etməyi davam etdirirsən, daim vicdanın hökmü ilə hərəkət edirsən. Özünə xidmətin ən qısa yolunun başqalarına xidmətdən keçdiyini anlayırsan. Özünə arzulamadıqlarını başqalarına da arzulamırsan. Artıq öz səhvlərindən yox, başqalarının səhvlərindən öyrənməyə başlayırsan. Buna “müdriklik” deyilir...

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.