Logo

AVTOMOBİL İSTEHSALÇILARI TƏRƏFİNDƏN RƏSMİ TƏSDİQİ OLMAYAN YAĞLAR.

AVTOMOBİL İSTEHSALÇILARI TƏRƏFİNDƏN RƏSMİ TƏSDİQİ OLMAYAN YAĞLAR.

AVTOMOBİL İSTEHSALÇILARI TƏRƏFİNDƏN RƏSMİ TƏSDİQİ OLMAYAN YAĞLAR.

Bu gün çox geniş, skandallı , doğruları və yalanları özündə birləşdirən bir mövzu barəsində sizə yazmaq qərarına gəldim. Amma xaiş edirəm şərh bölməsində filan yağın rəsmi dopusku varmı yoxmu kimi şərhlər yazmayasız. Məsələ nə reklam nə də anti reklamdır. Məsələ işin mahiyyətini sizə izah etməkdir.  
Gəlin ilk öncə qısa da olsa bilməyənlərə rəsmi dopusk nədir loru dildə izah verim. Yağlarda olan rəsmi dopusk, Avtomobil istehsalçısının bu yağı tanıması, test etməsi və rəsmi şəkildə həmən avtomobillərə istifadə olunmasına icazə verməsidir. Məsələn hər hansi bir yağa MB 229.5 dopuskunu Mercedes verirsə, bu o deməkdir ki bu yağı 2005 ci ildən bu yana istehsal olunan Mercedes avtomobillərinin mühərriklərində istifadə etmək olar. Bu icazəni artıq Mercedes vermiş olur. Mercedesi məsəlüçün yazdım. Bu demək olar ki bütün (əsas olanlarda)  avatomobil istehsalçılarında eyni çür tənzimlənir. Yağın rəsmi dopusku olması, artıq yağ istehsalçısının deyil, bir başa həmən avtomobil istehsalçısının bu yağa zəmanət verməsidir. 
Bu gün dünyada və ölkəmizdə satılan yağların demək olar ki kompleks şəkildə rəsmi dopusku yoxdur.  Kompleks şəkildə nə deməkdir onu izah edim. Məsələn bir yağ markası gedir Mercedesdən BMW dən bir də Volkswagendən rəsmi dopusk alır deyirki mənim yağlarım rəsmi dopuskludur. Amma bu kompleks şəkildə dopusklu yağ anlamına gəlmir.  Burda Fiat, Ford , Jaguar Land Rover, Craysler, GM , Pejo Citroen, Renault və s kimi markalarında hamsına tam olaraq bütün yağlarında  dopusk olarsa bu yağlara kompleks dopsuku olan yağ demək olar.  Əslində belə yağlar vardır. Total, Shell, Mobil, Castrol, Repsol kimi dünya nəhəngləri demək olar ki dopsuksuz yağ istehsal etmir. Bütün istehsal liniyaslna rəsmi dopusk alırlar. Bu çox böyük məbləğdə vəsait tələb edən məsələdir. Qalan bütün firmalar demək olarki bir iki avtomobil istehsalçısından dopusk almağı çıxmaq şərti ilə heç bir avtomobildən rəsmi dopusk almır. Sizin konisterlərin üzərində gördüyünüz yazıların əksətiyyəti rəsmi dopusk deyildir tövsiyyədir. Tövsiyyə nədir bəs ?   Gəlin onu izah edim.
Tövsiyyə odur ki, yağ istehsalçısı deyir ki mənim bu yağım bu dopuska uyğundur. Diqqətlə oxuyun. Yağı istehsal edən deyir. Avtomobili istehsal edən yox. Bu zaman konisterdə dopusukun qabağında Fregabe Approval deyil Spesification və ya Emfuling yazır. Approval yazsa avtomobil istehsalçısı onu məhkəməyə verə bilər. Axı rəsmən tanımır axı bu yağı. Test etməyib, yoxlamayıb və s. 
Bəzən kimsə gəlib yağın üsgündə məsələn VW 502.00 kodunu oxuyur deyir qaqa tök  dopusku var. Nəbilim Dexos1 yazısını oxuyur deyir qaqa tök Chevroletə dopusku var. Amma təsüfki bu dopusukun önündə yazılanı oxumurlar. Bu dopusk Approvaldı yoxsa Spesifikasiyadır. Bura kimi ümüd edirəm ki izah verə bildim. İndi keçək digər məsləyə.
Dopusku olmayan yağ keyfiyyətsizdirmi?
Bu məsələdə yanaşma bir mənalı deyilir. Dopsku olmayan yağlar keyfiyyətlidə ola bilir, keyfiyyətsiz də ola bilir. Bu artıq qalır yağın istehsalçısının vijdanına. Məslən tanıdığınız bir çox markalardan misal çəkəcəm. Liqui Moly, Meguin, Amsoil, Bardahl, Rowe bu kimi yağların da kompleks şəkildə rəsmi dopusku yoxdur. İndi durub desən ki pis yağlardı düz olmaz. Bəzi hallarda rəsmi dopusklu yağlardan daha yaxşı keyfiyyət göstərirlər .  Məsələn Dubay, Türk, Pribaltika və bəzi Alman yağlarında da rəmsi dopusk yoxdur amma onların da içi bildiyiniz zibil. 
İndi məsələ burasındadir ki artıq burda avtomobil istehsalçısı Dubay yağına da Liqui Moly də eyni gözlə baxır. Heç birinin keyfiyyətinə zəmanət vermir. Axı heç birinə rəsmi dopusk verməyib. Burda məsuliyət artıq bir başa yağ istehsalçısının üzərindədir. Keyfiyyət onun vijdanına bağlı məsələdir. 
Baxın yenə də deyirəm rəsmi dopusku olmamaq pis olmaq anlamına gəlmir. Lap super keyfiyyətli əjdaha bir yağ ola bilir. Sadəcə onun keyfiyyəti avtomobil istehsalçısı tərəfindən təsdiqlənmir.

İndi müştəri qalır çətin seçim qarşısında. Dopusklu yağ alımmı yoxsa dopsuksuz?

Ps. Görüm bu yazım dünənki adı şaxta olacaq yazısından çox bəyənmə yığacaqmı? Bax onnan sonra məndə izləyici kütləsinin maraq dairəsinə dopusk verəcəm))).

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.