Logo

AVTOMOBİL MƏDƏNİYYƏTİ TƏKCƏ SÜRMƏK DEYİL, HƏM DƏ DÜŞÜNMƏKDİR.

AVTOMOBİL MƏDƏNİYYƏTİ TƏKCƏ SÜRMƏK DEYİL, HƏM DƏ DÜŞÜNMƏKDİR.

AVTOMOBİL MƏDƏNİYYƏTİ TƏKCƏ SÜRMƏK DEYİL, HƏM DƏ DÜŞÜNMƏKDİR.

Avtomobil bizim həyatımızda yalnız bir nəqliyyat vasitəsi deyil; o, həm də bir güzgüdür. Həyat tərzimizi, düşüncə tərzimizi və gələcəyə baxışımızı əks etdirir. Amma bəs bu güzgüyə baxmağa nə vaxt vaxt ayırmışıq? Avtomobil sadəcə mühərrik və təkərlərlə hərəkət edən bir vasitə deyil, o, eyni zamanda təbiətə, cəmiyyətə və gələcək nəsillərə təsir edən bir fenomendir. Gəlin, avtomobilə dair düşüncələrimizi yenidən gözdən keçirək və bu mövzuda daha geniş bir təfəkkür yaradaq.

Avtomobil seçimi status simvoludur yoxsa şüurlu qərar?
Əksəriyyət avtomobili status simvolu kimi qəbul edir. Nə qədər bahalıdırsa, bir o qədər “prestijlidir”. Bu yanaşma həm iqtisadi, həm də ekoloji problemlərə səbəb olur.
Məsələn: Daha böyük və daha bahalı avtomobillər daha çox yanacaq sərf edir, daha çox karbon qazı buraxır. Təmir zamanı daha çox xərc tələb edir. Satanda daha çox pul itirirsən, çünki qiymətini daha çox itirir. Qonum qonşunun və gözu götürməyən qohumların it nəfisinə tez düşürsən əgər belə şeylərə inanırsınızsa. Amma buna baxmayaraq əksəriyyətimiz yenə də imkan daxilində bahalı maşın göstərişli maşın almağı seçirik. Bir balaca pulumuz artıq olan kimi oramız buramız dingildəyir maşını dəyişmək istəyirik.
Bu amilləri nəzərə alaraq sizə səmimi və düşündürcü bir sual vermək istəyirəm.

“Siz avtomobili status üçün yox, həqiqətən ehtiyac üçün alsaydınız, hansı modeli seçərdiniz?”

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.