AVTOMOBİL RESURSU NƏDİR?
Bəzən səhifəmizin mesaj bölməsinə və ya paylaşımlardakı şərh bölməsinə belə bir yazılar gəlir ki, bəs qardaş tutalım ki mənim 2006 cı il Hyundai maşınım var. Yaman yağ azaldır və ya motor yaman səsli işləyir. Buna nə yağı istifadə edim ki mühərrik sakit işləsin və yağ yeməsin. Təbii ki hər bir belə sorğuya da uzun uzadı çavab yazmaq olmur. Qısa deyirsən ki qardaş bu avtomobilin resursu itib çarəsi bizdə deyil. Qardaş da ya anlayır bu resurs söhbətini, ya da anlamayanda gedir yenə motora turçinka yağı istifadə etməyə davam edir. Amma heç soruşmur ki, qardaş bəs deyirsən resurs itib bu resurs nə mənə şeydi? İndi gəlin sizə resursun bacardığım qədər loru dildə açıqlamasını izah edim. Elə bilməyin haaa elmi izah edə bilmirem. Elmi izah edəndə bir çox insan anlamır, anlamadığına görə oxumur. Onlar oxumayanda da mən boş yerə bu boyda yazıları yazmış oluram.
Maşını düzəldən zavodda adətən onu 100000 kilometrdən sonra söküb her şeyinə baxırlar ki, görək qarantiya vaxtında hansi hissələr ehtimala görə dəyişə bilər. Standart yağ olur cavan maşın buna dözür. Qarantiyadan sonra maşının ömrü hardasa 200000 km qalır (yəni ilk remont). Bu dövrü sağlam keçirmək sürücünün özündən asılıdır. Əks halda servislərdə qalacaq.Burada mühərrikin resursunu yaxşı keçirmək yağdan asılıdr, amma istənilən halda resurs var. Yəni istəyirsən dünyanın ən super yağını tök, yenə də aşınma gedir (düzdür qatqılarla da bunu artırmaq olar və daha uzun müddət istifadə etmək olar amma bu ayrı məsələdir). Yəni nece ki, orta yaş var, məsələn Azərbaycan üzrə olsun 67. Kiminsə 70 yaşı varsa, deməli bu adamın resursu bitmək üzrədir. Sən canın 70 yaş söhbətini pis başa düşməyin. Maşın da belədir. 300000 km getmiş maşına “Qaqa topdur”- demək olmaz. Deyən adam ya qarşısındakını dolayıb, ya da özünü.
Əslində bele adamlar çoxdur, öz alemində yaşayır. Hələ arada “ceyran”, “cüyür” deyen də var. Diqqətlə baxsaq görərik ki, qabağında qoca bir qarı var, sadəcə öz aləmində yaşayır deyə maşına illuziya eynəyindən baxır.
Bizdə bir söz var “Qaqa niyə söküm, gedir axı ?” Başa düşürəm, amma kalodka da gedir. “Sürtə-sürtə apornununn sıradan çıxardır, sonra yanır, qırılır, ya da dəmir yerinden çıxır, supportu dağıdır. Yüksək sürətdə hətta təkər də yerindən çıxa bilər. Amma biz bunu etmirik, kalodka son həddə çatanda dəyişirik. Bəs niye? İşləyirdi axı? Hələ də gedərdi axı. Bəli gedib apronunu dağıdacaqdı, sonra da maşını. Amm biz onu heç olmasa 20-30 min kilometrdən bir dəyişirik. Mühərrik də belədir. Açıb sökürsən hər şeyini dəyişib yeniləyirsən ki, bir də getsin. Yoxsa kalenval əyilsin, porshen blokdan çıxsın çölə, yağ nasosu “otkaz” eləsin, bu iş deyil və geri dönüşü də yoxdur. Axırda da 2 günahkar var, “Bu bmw axır vaxtlar sarsaqlayıb, ya da yağa görə oldu ee, dəqiq bilirəm “.
Hər gün demək olar ki, eyni sualla qarşılaşıram. Mühərrikin sonunu gətirən adamlar bunun normal olduğunu söyləyir, bunlarda xəstəlikdir. Əyər usta və sürücü xəstəlik olduğunu boynuna alırsa, deməli maşın xəstədi. Açın düzəldin. Əks halda xəstə öləcək. Bunu da yağa və istehslçıya calamayın. Kasıbçılığın ortasında yol yoldaşınızı xəstə buraxmayın.İnanın ki təzə maşınlar sizə ucuz başa gəlməyəcək.
Yadınızda saxlayın. Avtomobil insan kimi bir şeydir. Onun ömrünü uzatmaq üçün yaxşı yağ, mayyelər və ehtiyyat hissələrindən istifadə etmək lazımdır. Bahalı yoxaaa, yaxşı. Hər bahal yaxşı demək deyil bunu da unutmayın. Bəzən bahalı mallar sürücünü sadəcə qazdamaq üçündür. Təsəüf ki ölkəmizin mümbit iqlimi qaz sektorunun inkişafında və artmasında böyük rol oynayır. Hamsı bilirsiz nədəndir? Ya özünü çoxbilmiş bilməkdən yada heç kəsə güvənməməkdən))). Əslində normalda bir ticarətci kimi sizə bahalı malı təbliq etməliyəm. Amma mənim sözlərimdən ilhamlanıb gedib ucuz keyfiyyətsiz məhsullar da işlətməyin. Araşdırın baxın sonra büccəniz və keyfiyyətin düz mütənasib olduğu məhsulları alın.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.