Logo

Avtomobil ustası kimə deyilir və necə olmalıdır?

Avtomobil ustası kimə deyilir və necə olmalıdır?

Bu sözü demək olar ki , hər gün eşidirik “Filankəs usta deyil, behmenkes usta deyil”.

Bəs usta necə olmalıdır ki?

Usta sözünün mənası işini bilən, öz işində daha dərin elmə və təcrübəyə sahib olan adam başa düşülür.

Bəs avtomobil ustası necə olmalıdır?

Əslində Azərbaycanda bunun standartı olmadığına görə mən Almaniyadan misal gətirəcəm. Bundan sonra siz özünüz qərar verərsiniz ki, bizim ustalara “Sən usta deyilsen”- demeyə dəyər ya yox. Almaniyada ilk öncə 3,5 il peşə təhsili alınır(bundan əlavə universitetdə avtomobil təhsili də var, amma adətən onlar usta yox mühəndis olurlar), və bu müddətdə bir servisdə işləmək məcburidir. Bu təhsil bitdikdən sonra bu şəxs sadəcə işçi olmaq, bir növ fəhləlik haqqı qazanır. Bu adamlar servis (bizim dildə desək “boks”) açmaq haqqına sahib olmur. Bu adamların tək başına avtomobili təmir etmək haqqı da olmur. Bu haqq yalnız ustaya aid olur (Almancaq Meister).

Bəs usta (meister) olmaq üçün nə lazımdır?
Bunun üçün 1 il işləmək və ondan sonra usta təhsili alaraq (bu da 1il cəkir) imtahan verib ustalıq sənədi almaq lazımdır. Bu ustalıq sənədi isə ömürlük deyil, 2 ildən bir təkrar yoxlanılmalı və yeniliklərlə bağlı təlimlər alınmalıdır. Əyər usta öz işini düzgün eləməsə və bu sübut edilsə ustalıq sənədi ləğv edilə bilər.

İndi isə bizim ustalara baxaq, adətən şagirdlik ilə inkişaf edən, müasir texnika görməyən, yalnız sökdüyünü bilən, sənədsiz, təhsilsiz və standartsız insanlar çalışır ki, sizə maksimum yardım etsin (düzdü bəziləri haqsızlıq da edir). Onlar bir çox çətinliklə bu işi öyrənir, bəzən bir müasir aparatın 10 dəqiqəyə etdiyini onlar aparatsız necə 1 saata etmək olar yollarını axtaran, bəzən isə öz təcrübəsi ilə məktəb yaradan insanlardır.

Hörmətli izləyicilər, bəzən “Sən usta deyilsən deyəndə ” həm də nəzərə alın ki, bu adamlar bu işi heç bir təhsilsiz və məlumatsız edirlərvə imkan daxilində sizə kömək etməyə çalışırlar.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.