Logo

AVTOMOBİL USTASININ HƏR BİR BAĞLADIĞI BOLT, BİR AİLƏNİN TƏHLÜKƏSİZLİYİNƏ BƏRABƏRDİR.

AVTOMOBİL USTASININ HƏR BİR BAĞLADIĞI BOLT,  BİR AİLƏNİN TƏHLÜKƏSİZLİYİNƏ BƏRABƏRDİR.

AVTOMOBİL USTASININ HƏR BİR BAĞLADIĞI BOLT,  BİR AİLƏNİN TƏHLÜKƏSİZLİYİNƏ BƏRABƏRDİR. 

Bir dostun maşınının asqı sistemində ( peredok) problemlər var idi. Dedi sən nə məsləhət görürsən neyniyək bunu? Dedim qardaş sənin maşına indi normal asqi sistemləri üçün ehtiyyat hissəsi gəlmir. Gəl mən usta tanıyıram gedək bəzi detalları elə restavrasiya etsin ki, keyfiyyət alaçağın detaldan iki dəfə daha artıq olsun. Nə başınızı ağradım maşını apardıq ustanın yanına qoyanda bir qardaş da var idi orda və o da öz maşınını düzəltdirirdi. Deməli bu qardaşın maşınına bir dəfə başqa usta iş görüb sonra maşında səs kəsmədiyi üçün bu ustaya gətirib təzədən ki, bir də bu baxsın. Elə usta qaldırıcıda maşına baxış keçirərkən  bir balaca məndə özümü dürtələdim maşının altına ki, qoy bir məndə baxım marağa. Görüm o səs nədən gələ bilər. Guya babat da asqı sistemindən başım çıxır axı))). İndi mənim işim yağdı da. Gərək nənəm demişkən hərə öz .... yeyə. Amma mən başı çıxmaya çıxmaya baxdım ki qardaşın maşının altında elə bil müharibə olub. Nə bolt bağlanıbsa demək olar ki sarvat və balkanın bor boltunu da usta bağlayanda neynəyibsə bilmirəm bolt qırılıb. Elə o fasonda maşını verib sahibinə ki, götür get hazırdı. 
İndi ay qardaşlar düzdü mən həmişə gileylənirəm ki sürücülər ustaya güvənməlidir, sürücü maşını ustaya verəndə fikri arxada qalmamalıdı zad. Amma belə şeylər görəndə sürücüləri də qınamaq olmur.  Sürücülərin düşüncəsində qurunun oduna yaş da yanır və hər kəs də fikir formalaşır ki, Azərbaycanda usta yoxdu. 
Bilmirəm səsim burdan hara kimi çata bilər. Amma mən Azərabycanda bütün sahələr üzrə ustaların sertifikatlaşdırılması və lisenziyalaşdırılmasının tərəfdarıyam. Uzağa getməyək məsəl üçün Türkiyədə  var belə Ustalıq Bəlgəsi. O bəlgə olmadan sən hansısa sexdə usta işləyə bilmərsən. Düzdü bu sertifikasiya zamanı 50% usta işini itirəcək sənətdən uzaqlaşdırılaçaq. Deyəcəksiz ki bəs bu ustaların ailəsi necə dolansın? Nə məcburdu ki usta işləyə. Getsin kəndə bir iki dənə xəstə danadan zaddan Sosyal Müdafiə Nazirliyindən alsın başını qatsın da. Yo sertifikatlaşdırma və lisenziyalaşdırma  da ənənəvi qaydada ala manatıvı ver kağızımı olacaqsa, eləməsinlər lazım deyil. Elə bir təhər bir birimizin təpəsinə gözünə döyə döyə  yola gedirik. 
Sosyal müdafiə nazirliyi dedim bir şey yadıma düşdü. Qoy onu da deyim bu günlük mövzunu bağlayım. Deməli məşqulluq idarələri şəhərdə və əsasən də bölgələrdə usta işləmək istəyənlərə nəbilim avto yuma işlətmək istəyənlərə bir dəfəlik yardım olaraq alətlər, qaldırıcılar, cihazlar, kopressor filan alıb verir. Deməli ay başıva dönüm  hər həftə kimsə mütləq şəkildə mənə hardansa yazır ki, bəs məndə satdıq kompressor var , açar var  ay nəbilim nə var. Deməli dövlət bu Mazandaran eşşəyinə yardım edir ki getsin sənət işləsin balasını dolandırıb sabah dövlətə yük olmasın. Bu eşşək də elə alətləri salafanı sökülməmiş halda 3 qat ucuzuna satıb pula çevirir ki guya bu pulla kişinin oğlu nəsə başqa bir iş görüb inkişaf edəcək. Bax beləsinin bir pastı lomu əskikdir ki, qoyasan qaşqasından yaşamaya. Bir para udduğumuz olan qalan oksigenə şərik çıxır özü cəmiyyətə lazım olmadığı halda. Ümumiyyətlə cəmiyyətdə xəstə təxəyyüllü insanları islah olmadıqları halda məhv eləmək lazımdı. Deyəcəksiz ki bu dəlidi bu nə yazır. Məndə bilirəm ki, mümkünsüz və absurt bir şeydən danışıram. Amma özüm ölüm belə oturub dərindən fikirləşəndə baxırsan ki, bu  başı boş adamlar gözəl gələçək qurmaq üçün  bu millətin nəyinə lazım ? 
Oxuduğunuz üçün təşəkkür edirəm

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.