AVTOMOBİL USTASININ TEXNİKİ VƏ VİCDAN SƏHVİ BAĞIŞLANARMI?
Bu gün də daha bir fərqli mövzu barəsində sizə yazmaq istədim ki, ümid edirəm bu mövzu da sizlərin marağında olacaqdır.
Bir iş görülürsə o işdə bir səhvin olması ehtimalı hər zaman vardır. Hələ o iş avtomobildə görülürsə səhv olma ehtimalı daha çox olur. Çünki texnikadı. Zaman zaman izləyicilər, sürücülər ustaların xidmətdə buraxdığı səhvləri dilə gətiriblər, paylaşıblar və insanlara yayıblar ki başqaları da bu problemi yaşamasın. Hələ belə paylaşımlara görə abtomobil sektorunda urvatsız və hörmətsiz olan ustalar da çox olub. Düzdü elə ustalar da var ki hələ də özlərini düzəltməyiblər amma yenə də insanlar ona inanır. O da ayrı bir mövzudur gələcək də o barədə də yazaram.
İndi istəyirəm usta səhvi barəsində öz düşündüklərimi sizinlə bölüşüm. Bir daha qeyd edirəm bu mənim düşündüklərimdir. Əgər sizin başqa bir formada düşündükləriniz olarsa şərhdə bildirə bilərsiniz. Bu bizim üçün xoş olar.
Mənim üçün ustada iki səhv olur. Texniki səhv və Vicdan səhvi.
Texniki səhv nədir. Texniki səhv istənilən istehsal və ya təmir prosesində ola bilir. Hətda milyardlarla dəyəri olan avatomobil zavodları belə səhv edir. Məsələn ustanın beyni başqa yerdə olub əli işdə olanda da texniki səhv buraxa bilir. Alıb qoyduğu ehtiyat hissəsi istehsaldan dolayı keyfiyyətsiz çıxanda da bu ustanın səhvi kimi qiymətləndirilir. Vaxtınızı çox alıb bu kimi şeyləri yazıb doldurmaq istəmirəm. Amma onu bildirmək istəyirəm ki, texniki səhv olarsa bu o ustanın pis usta olması anlamına gəlmir. Təbii ki usta işinin arxasında durur və o səhvini düzəldirsə. Yox boyun qaçırırsa o artıq vicdani səhv statusuna daxil olmuş olur. Vicdanı olmayan ustanı isə desəm ki biyabır etmək lazımdı, düz gəlmir balası var ayləsi var. Desəm ki boş vermək lazımdı onda camahat aldana aldana gedəcək. Bax belə bir dilenma qarşısında qalır insan.
Vicdan səhvi nədir.
Bir əhvalat danışacam elə bu yaxınlarda olmuş məsələdir. Dedim day qoy açım deyim. Bir yağ satan dostumun mağazasına müştərisi zəng edir ki bəs filan mühərrikçiyə maşını qoymuşam kiçik təmir işlərinə görə. Taksi ilə mənə həmişə verdiyin yağdan ora göndər pulunu da karta ataram. Qardaş da yağı göndərir, usta yağı dəyişir və səhəri günü mator başlayır dana kimi böyürməyə. Açıb baxılır ki yağ olub kley ( məlum keçən səfər paylaşdığın videodakı söhbətdi bu). Yağ satan dostum da bu barədə məndən soruşdu və analız filan hər şey olunandan sonra görüldü ki sən demə usta müştərinin orda olmamasından istifadə edərək taksi ilə gələn bahalı yağı qoyub qırağa ki, özüm sataram. Götürüb bu içi 15w40 olan üzündə 5w40 yazan Dubay yağından zırrayıb motora. Bax bu artıq texniki səhv deyil. Vicdan səhvidir.
Qoy bir hadisə də danışım Dubay yağı mövzusu getmişkən bunla da yekunlaşdıraq. Bu hadisə heç zaman yadımdan çıxmayacaq nə qədər ki bu sahədəyəm. İlk öncə bütün qəlbən kişi kimi dinini yaşayan dindar insanlardan üzr istəyirəm və bu mübarək ayda ibadətlərinin qəbul olmasını arzulayıram. Bir dindar yağlama ustası var ( əslində vid verir dindar insanların sevgisini qazanmaq üçün). Mən də hammı bilir ki yeyib içən adamam ibadətlə zadla işim olmaz. Kim yaxşı qəbul edər kim pis qəbul edər o onun öz işidir. Bir gün bu usta ilə yağdan zaddan söhbət edirik. Qayıtdı ki bəs filan firma Dubaydan bir yağ vurub 5w30 da, 5w40 da , 5w20 də hamsının içi 10w40 dı. Etiket ayrıdı. Dedim bəs sən satırsan? Dedi hə yaxşı çörək də qalır həm də qiymətidə yaxşıdı deyə camahat alır da. Day məndə heç nə demədim. Nəyimə lazım. Bir xeylaq vaxt keçdi və bir gün Facebookda nəsə din baxımdan ustaların haram və halal mövzusu gedəndə nəsə məndə öz ampulamla söhbətə qoşulmuşdum ki, birdə gördüm bu usta mənə şərhdə yazasan ki "mən səni müsəlman hesab etmirəm sən bütün günü vurursan".
İnanın ki əlim üzümdə qaldı. İçim içimi yedi ki bunu burda pazlasam camahatın içində biyabır olacaq. Həm də mənə yaraşmaz kimisə klavyatura arxasından nakazat edəm. Lazım olanda gedib ulğumundan tutub adamın gözünün içinə söz deməyi də bacarırıq. Elə o gün biri də çaşmışdı. Necə ulğumdan tutub boğurdumsa başı əlimdə qalmışdı az qala.
Hə indi mən həqiqi müsəlman qardaşlara sual etmək istəyirəm. İçi 10w40 olan Dubay yağını bilə bilə 5w30 etiketi ilə satmağın günahını yumaq üçün nə qədər ibadət etmək lazımdı?
Xiaş edirəm şərhlərdə etik normaları qoruyaq , insanların inanclarına və yaşam tərzlərinə hörmətlə yanaşaq.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.