AVTOMOBİLDƏ TERMOSTAT NƏDİR?
Qarşıdan soyuqlu şaxtalı qış fəsili gəlir. Avtomobillərdə isitmə sistemində termostatların mühüm rolu olduğu üçün, bu gün sizə termostatlar və onların iş prinsipi barədə yazmaq istədik. Mühərrikin temperaturu kimi problemlərə qarşılaşan avtomobil sahibləri zaman zaman termostat sıxıntısı yaşayırlar. Termostatın istilik detektoru və ya temperatur ölçmə aləti olmasına baxmayaraq mühərrikin kifayət qədər istiləşməsini və ya həddindən artıq istiləşməməsini təmin etmək üçün istifadə olunan ehtiyyat hissəsidir.
Avtomatik termostat nədir?
Avtomatik termostatın avtomobilin daxili temperaturu ilə heç bir əlaqəsi yoxdur. Termostat soyutma sistemlərini qızdırmaq üçün istifadə olunur. Soyuducu suyun istiliyini sabit saxlamaqdan ibarətdir onun işi. Mühərrik ilk dəfə işə salındıqda, soyuducu dövran etmir. Bu, mühərrikin istənilən temperatura çatmasını təmin etmək üçündür. Bununla belə, mühərrik həddindən artıq qızdıqda, soyuducu kanallar vasitəsilə dövr etməlidir. Burada termostat temperaturun sabit olub-olmamasına qərar verir. Termostat uğursuz olarsa, soyuducu suyun mühərrik blokunda dövriyyəsi üçün vaxt səhvi ola bilər. Mühərrikin həddindən artıq istiləşməsinin qarşısını erkən soyuducu suyun dövriyyəsi ilə almaq olar və ya soyuducu sirkulyasiya etmədikdə mühərrik həddindən artıq istiləşə bilər. Avtomatik termostat mühərrikin uzunömürlü olması və avtomobilin tam işləməsi üçün vacib bir hissədir.
Avtomobilin termostatının içərisində yağla doldurulmuş silindrik boru var. Bu tip yağ da mühərrik istiliyinə görə genişlənir və ya daralır. Yağın kifayət qədər genişlənməsi yağın axmasına və klapanın açılmasına səbəb olur.Avtomobil söndürüldükdə yenidən soyuyan yağ bu dəfə klapanı bağlayır.
Termostatın nasazlığını necə müəyyənləşdirmək olar?
Termostatın nasazlığını avtomobil mütləq sizə xəbər verəcəkdir.Termostatın nasazlığını başa düşmək üçün mühərrikin reaksiyalarına baxmaq lazımdır. Mühərrikin həddindən artıq istiləşməsi ilk əlamətdir. Mühərrikin həddindən artıq istiləşməsi həm performans, həm də yanacaq qənaəti baxımından böyük problemdir. Həm də bir müddət sonra mühərrikdə nasazlıq yaranır. Termostatın hər zaman açıq olması, eləcə də bağlı olması problemlər yaradır. Termostar açıq oanda isə avtomobillərdə qış aylarında mühərrikin normal qızmaması problemi yaranır. Düzgün işləməyən termostat sürətlər qutusunun yağınında normadan artıq qızmasına və zamanından qabaq yanıb qaralmasına da gətirib çıxarır. Termostatın uzun illər sıxıtısız xidmət göstərməsinin başlıca səbəbi keyfiyyətli soyuducu nayyenin secilməsidir. Tərkibində daha çox qələvi olan soyuducu mayyelər termostatın ömrünü daha çox qısaldır.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.