Logo

AVTOMOBILƏ STANDART QULLUQ.

AVTOMOBILƏ STANDART QULLUQ.

AVTOMOBILƏ STANDART QULLUQ.

Bu yazıda sizə maşına yaxşı baxmaq haqqında qısa məlumat verəcəyik:
Maşını alanda diqqətli olun, çalışın təmiz maşın alasınız. Çox ucuza qaçmayın. Servis tarixi olan maşını almaga çalışın, olmayanda isə yiyəsindən soruşun. Çalışın maşına baxan adamdan maşın alın. Əgər başdan pis maşın alsanız, yaxşı usta tapmaq məsələsi çətin olacaq həm də çox xərciniz çıxacaq.
Maşını alandan sonra "servisə xarab olanda gedəcəm" deməyin. Avtomobilinizi hər 10,000-15,000 km-dən bir servisə (tanıdığınız ustanın yanına və çalışın eyni usta olsun) yağını, filtrini, kalodkasını, suyunu (antifriz) sveçasını ve digər standart detalları vaxtında dəyişin (hətta xarab olmasa belə). Sürət qutusunu (korobka) unutmayın. Çox sürücü bunu unudur, sonra isə yaxşı usta axtarır.
Maşında hər gördüyünüz işi bir kitabçaya yazın, bunu ustaya həmişə deyin ki, o maşının servis tarixini bilsin. Bunu digər usta ilə də məsləhətləşə bilərsiniz. Satanda da bunu alıcıya verin, o da bilsin ki maşının servis tarixi nədir. 
Maşını öz texniki gücü əsasında sürün. Yəni maksimal sürət, ağırlıq, yolsuzluq və sairə. Azərbaycanda ən çox problemlərdən biri sadə maşını sport maşın kimi sürməkdir. Maşına artıq yük vurmaqdır. 
Bəzən istifadəçilər bir ustani tərifləyir, digərini isə pisləyir. Əslində yaxşı usta deyilən bir şey yoxdur. Sadəcə bir hissədə təcrübəli usta var. Yəni əgər kiminsə Mercedesinin elektronikasını düzəldən bir ustası, həmən o usta eyni problemli digər model Mercedesdə düzəltməyə bilər. Onda o pis usta olmur, sadəcə bununla rastlaşmayıb, ya da maşın ilk baxışdan eyni problemli görsənir, amma əslində belə deyil. Yaxşı usta olmur, yaxşı usta komandası olur. Əgər usta təkdirsə, o sadəcə öz bildiyi işi yaxşı görə bilər. Usta standart işləri görür. Əgər maşına pis baxılıbsa, onda usta gərək bir çox şeyi dəyişsin və yenə də ola bilər nəticə əldə olunmasın. Çünki müasir maşınlar elə qarışıq bir alqoritm ilə işləyir ki, əgər standart xidmətin xaricinə çıxırsansa onda bu maşını düzəltmək çox baha başa gəlir. Ona görə buna əl vuran usta pis usta  olur.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.