Logo

AVTOMOBILIN QIŞA HAZIRLANMASI: STANDART YOXSA REALLIQ?

AVTOMOBILIN QIŞA HAZIRLANMASI: STANDART YOXSA REALLIQ?

AVTOMOBILIN QIŞA HAZIRLANMASI: STANDART YOXSA REALLIQ?
Avtomobillər də insan kimi müəyyən temperatur da sağlam yaşaya bilir. Adamlar üçün soyuq pis təsir edir, onları xəstə edir, bəzən kəskin soyuq öldürə də bilir.
Avtomobildə də bu belədir. Ona görə hava soyuyan kimi müxtəlif xəbərdarlıq yazıları yazılır. Bunların əksəriyyəti həqiqətdir,bəziləri sırf marketing xarakteri daşıyır. Amma bir şey var ki bunlar standartdır. Yəni standarta görə avtomobili qoruyan, onu isidən mayelərdir. Mütəxəssislər də bunları dəyişməyi məsləhət görür amma ki, bu  sağlam maşınlara  aiddir.
Təəssüf ki maddi imkan catışmamazlığından Azərbaycanda demək olar ki 70 faizdən çox maşın sağlam deyil. Ona görə də yazılan qışa hazırlıq yazıları effektiv deyil. Bu hal da ən yaxşı yol individual yoldur.
Hər bir təcrübəli sürücü maşınında nə olduğunu bilir. O bilir ki, pis yağ töküb və uzun müddətdir dəyişmir. Belə halda soyuq hava mühərrik sistemini daha tez dağıda bilir (Adam da belədir, əgər xəstədirsə o soyuğa cıxsa ağırlaşar hətta ölə də bilər). Ya da sürücü bilirsə ki onun radiatoru tutulub, və ya bundan qabaq su ilə sürüb( yay da adətən belə edirlər) ya da pis antifreeze töküb sistemdə bulanıqlıq hiss edir. Belə halda sürücü təzə antfreeze töksə belə burdan xeyir tapmayacaq. Cünki pas və digər bulaniqlıq soyuq havada daha da dərinləşib sistemi sıradan çıxardacaq.
Belə desək əgər avtomobil sağlamdırsa onda standartla getməlidir.Yox əgər o xəstədirsə onda ona əməliyyat lazımdır( yəni yeni detal dəyişmək) Əgər xəsarət azdırsa onda avtomobilləri qışda “vitaminlər”lə də(mayelər üçün qatqılar) sağlamlaşdırmaq olar. Avtomobili vitaminlərlə və düzgün seçilmiş mayelərlə sağaltmaq daha ucuz başa gəlir. Amma bunu düzgün istifadə etmək lazımdır. Çünki hər şey düzgün seçilməlidir. Əksəriyyət sürücü isə haqlı olaraq bunu bilmir, çünki bu onların işi deyil.
Avtomobiliniz sağlamdırmı? Xəstəliyi əməliyyatsız aradan qaldırmaq olarmı? Ona hansı mayelər və ya vitaminlər lazımdır? Avtomobilin xərcləri nə ola bilər və ya nə qədər resursu qalıb? . 
Bu və ya buna bənzər suallarınıza cavab vermək üçün biz Avtok1ub Yağ Mərkəzi olaraq hər zaman yanınızdayıq.

Gəlin avtomobilinizi bərabər qoruyaq

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.