AVTOMOBİLİNİZİN NEÇƏ USTASI VAR?
Keçmişdə yadımdadı babam və ya atam həmişə maşını bir ustaya aparardı. Çünki həmişə elə maşın xarab olanda eyni yerə gedirdik. İndi də elə insanlar var. Necə ki saçını yalnız bir ustaya etibar edən insanlar var, eləcədə maşını yalnız bir ustaya düzəldən insanlar var.
Əslində bu yazını yazmağıma səbəb dünən qarşılaşdığım bir nüans oldu. Deməli bir qardaşın maşınında problem var . Kia klubda qarşıma çıxdı qardaşın paylaşımı. Maşınımda filan problem var səbəbi nə ola bilər ? Hansı usta münasib düzəldə bilər? Bir iki usta hərə fərqli səbəblər dedi fərqli qiymətlər dedi.
Sonra eyni paylaşımı Hyundai klubda gördüm. Maşınımda filan problem var səbəbi nə ola bilər ? Hansı usta münasib düzəldə bilər?
Yenə fərqli ustalar fərqli səbəb dedi fərqli qiymətlər.
Daha sonra bu paylaşımı avtomobil ustalarının olduğu bir qurupda gördum.
Nə başınızı ağradım qardaş maşına görə ölkəni qaldırıb ayağa. Hələ də nə dərdini deyən var nədə konkret qiymət.
Mən demirəm ustalar savadsızdı. Usta facebookda sürüçünün sözü ilə şərh bölməsində maşına tam diaqnoz qoya bilməməsini zatən qəbul edirik. Ümumiyyətlə usta maşına baxmadan filan şey nədən olar sualına belə tam düzgün diaqnoz qoyması hər zaman 100% nəticə vermir.
Mən hər zaman demişəm və yenədə deyəcəm. Gənc sürücülər hələ də avtomobili istismar etmənin qaydalarını bilmir. Bəzi hallarda özlərini çox ağıllı hesab edərkən ,müasir hesab edərkən, araşdırmaçı hesab edərkən sonra da zibilə düşürlər. Mən adam tanıyıram ki qabaq amartizatoru başqa ustaya 20 Azn ə bağlatdırıb. 10 gündən sonra eşidib ki filankəs usta var 15 Azn ə montaj edir. Arxa amartizatorları aparıb 15 Azn ə montaj edən ustaya.
Mən sizə öz fikrimi demək istəyirəm, amma bu mənim öz fikrimdir. Yəni siz bu fikirlə razılaşmayada bilərsiz. Sizin də özünüzə görə doğru yanaşmanız və atqumanetləriniz ola bilər. Hətda öz yanaşmanızı şərhlərdə yaza bilərsiz. Bir normal usta tapın maşınıda hər zaman ona göstərin təmir etdirin. Bilirsiniz bunun nəyi yaxşıdı?
O usta artıq o maşının harasında nəyi var hamıdan yaxşı biləcək. Necəki saç ustasına əyləşəndə artıq o bilirki sizin başınızı necə düzəltmək lazımdı.
Yoxsa bu gün bu ustada ,sabah başqasında, bürügün bir başqasında olsa hərə əlinə gələn bir detalı dəyişəcək və sonda ziyana düşən yenə siz olacaqsınız.
Hələ o gün bir maşın gəlib bizə . Ölkədə nə qədər yağlama varsa hamsının serviz kitabçası var maşında. Qardaş nəyin axtarışındadı başa düşə bilmədim. Əlindəki kitabçalara baxıb soruşdumki Növbəti Stansiya Haradı?
Başa düşmədi)))))
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.