Logo

AVTOMOBILINIZIN ÖNƏMSƏMƏDİYİNİZ DÜŞMƏNİ.

AVTOMOBILINIZIN ÖNƏMSƏMƏDİYİNİZ DÜŞMƏNİ.

AVTOMOBILINIZIN ÖNƏMSƏMƏDİYİNİZ DÜŞMƏNİ.

Bir neçə gün bundan öncə bez kraska maşınlarla bağlı bir yazı yazmışdım. Şərh bölməsində kraskaların keyfiyyətsiz olması ustaların maşennik olması və s kimi şeylərdən xeylaq bəhs olundu. Amma kimsə avtoyumalardakı şampunlar haqqında heçnə demədi. Baxmayaraq ki biz yağ dəyişməyik, amma çalışırıq sürücülərə hər zaman avtomobillə bağlı hər şeydən məlumat verək. Əslində onların da bizdən istədiyi budur. 

Köhnə müştərilərimizin yadında qalar. Bizim Əhmədli filialının bir hissəsi o vaxtı avto yuma idi. Şampunları da əsasən İtalıyanın Ma Fra firmasının şampunlarını işlədirdik. Sonrada sərf eləmədi deyə bağladıq. Çünki 6 manata 10 manata maşın yumaqla heç bir halda xərcləri ödəyə bilmirdik. 

Avto yumada 6 manata 10 manata maşın yuyub ordan evə bir az qazanc aparmaq üçün bunları eyməyə məcbursan. Qeyd edim ki alınan pulun 50 % ni işçiyə verirsən. Vermısən kimsə gəlib orda böyrəyini xarab edəsi deyil. Bundan əlavə də digər qalan 50% dən qazanc çıxarmaq üçün ilk növbədə levi suyun olmalıdı. Oda tutulana kimi qazanacaqsan tutsalar adamın ciyarını dağıdırlar. 
Bilirsiniz ki Bakıda yağış yağanda göydən su yox yapışqan palçıq yağır. Bu palçığı yaxşı təmizləmək üçün tərkibində qələvisi kislatası çox olan şampun almalısan oda çalışdığın qədər ucuzunu. Şampunun kislatası çox olmasa su çox işlənəcək maşın gec təmizə çıxacaq. Yoxsa qanacaqlı şampun işlətsən su çatdıra bilmərsən orda.
Bax dostlar elə maşının evini yıxan da əksər hallarda bu şampunlardır. Bəzi titiz insanlar var ki özləri xüsusi şampunlar alır avtoyumaya gedəndə özü ilə aparıb onla yuyulmasını xaiş edirlər. Bəzi insanlar şəraiti varsa öz həyətlərində özləri maşınlarını yuyur qulluq edirlər. Amma əksəriyyət sürcü mənim kimi aparıb maşını tullayır avtoyumaya heç nəyi incələmədən deyir yu qaqa.
İndi maşına vurulan şampunun nə olması qalır avtoyumanın insafına.
50 qəpik moykalar və onların şampunlarından ümumiyyətlə danışmıram.
Sonra da deyirik ki maşın niyə bozardı?


avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.