Logo

AZALMAYAN YAĞDIRSA YAXŞI YAĞDIR

AZALMAYAN YAĞDIRSA YAXŞI YAĞDIR

AZALMAYAN YAĞDIRSA YAXŞI YAĞDIR.

Yorğanına görə ayaq uzatmayan millətimin bəzi nümayəndələri avtomobil alıb ona doğru düzgün ximdət etməməsi və bu səbəbdən də daha çox ucuz məhsullara qaçdığı üçün,  ölkəmizdə Dubay, Türkiyə, Rusiya istehsalı olan və hec bir rəsmi standartı olmayan yağlar aşağı qiymətlə rəsmən hoqqa verir. Bizimkilərdə sino gedir axı münasıb qiymət üçün. Bu saat bu səhifədən mən belə qışqırsam ki, filan keyfiyyətli yağ var gəlin ucuza alın, heç kim sorqulamayacaq. Hətda xalqa münasib qiymətə nəsə təklif etdim deyə alqışlayacaqlar və az qala medal verəcəklər. Bu bizim pisxalogiyamızdır. Razılaşsanızda razılaşmasanızda. Allah hamının ruzusunu halalından yetrsin hec kimin əziyyəti yerdə qalmasın. Ama ortalıqda elə oyunlar gedir ki, bu mövzuda mən yazmasaydım hec kəs yazası deyildi. Hətda Priusların xod gedən vaxtı bir idxalçı elə mənim yanımdan Türkiyədə hansısa zavodla danışanda qulağım eşidə eşidə deyirdi ki, nə düzəldirsiz düzəldin azalma verməsin. Qatı edin yağı. Yağ zalmasa Prius sürənin ən sevimli məhsulu olacaq və hammı o məhsulu alacaq. Həqiqətəndə o məhsul ölkədə su kimi alındıhaaa. Gözümün şahidiyəm. Amma babatda motorlar dağıtdı. Elə onnan da bazardan çıxdı. Onsuzda hamsı zatən elədir. Girirlər bir kuruq vurub çıxırlar. Sonra başqa marka adı altında girirlər.

Bir qardaş var o gün soruşur ki, bəs usta mən Total  istifadə edirdim 5000 km ə bir litr azalma verirdi. Sonra distum bir yağ məsləhət bikdi kecdim Türk Yağına maşında 7000 km sürmüşəm qəti yağ azalması yoxdur.  Qiymətidə baha deyil. Yağın da şəklini atıb ki səncə bu yağ necə yağdır? Mən də durub desəm ki vallah girdirmə şeydi qardaşın fikrinə gələr ki öz malını satmaq üçün deyir. Dedim qardaş düz eləmisən elə tök getsin. Təki yağın azalmasın könlün də xoş olsun. Amma burda, bu mövzu barəsində yazmağı da özümə borc bildim ki, ən azından izləyicilərimiz nəyin nə olduğunu bilsin. Əsas odur mən vətəndaş borcumu yerinə yetirim, sonra kim nəyi necə seçər özü bilər. Dağılan mənim malım deyil ki, çox da dərdini çəkəm. 

İlk baxışda yaxşı nəticə verdi dediyiniz bu yağlar əslində qeyri qanuni SAE göstərici etiketlərlə sizin həm istehlakcı hüququnuzu pozur, həm də bir tərəfdən də mühərriklərinizin bir zamandan sonra vayına oturur.
İndi isə sizə qeyri qanuni etiketli SAE göstəricisi nədir onu izah edim. 
Bir cox məhşur markalar istehsalda standartlar və özüllüyə ciddi nəzarət edir. Məsələn 5W-30  Total, Meguin, Eurolub, Rowe, Amsoil, Motul, Shell, Mobil, Repsol   və s. kimi markalarla siz yağ dəyişib azalma müşahidə etdikdən sonra 5W-30 Dubay və ya Türk yağı ilə azalma olmursa bu o deməkdir ki Dubay ve Turk yağları qanuni 5w-30 özüllüyündə deyil. Hətda bir çox hallarda belə yağları Avropadan da gətirmək olur. O qədər sülənti sex var ki Avropada nə desən düzəldir.
Təbii ki hec bir beynəlxalq standartı, hec bir keyfiyyət nəzarəti, hec bir rəsmi test nəticələri olmayan bu markalar sizə 5W-30 etiketli konisterlərdə 10W-40 satır. Siz də mən 5w30 filan Dubay və ya  Türk  yağı istifadə etdim azalma olmadı deyib ÖZÜNÜZÜ XOŞBƏXT HİSS EDİRSİNİZ.

Sürücü mən filan yağı tökdüm azalmadı deyəndə biz zatən nəsə deməyə lüzum görmürük. Desək də zatən inanan deyil. Çünki gözün gördüyünə daha çox inanılır nəinki qulağın eşitdiyinə. Əlac ona qalır ki deyirsən lap əla. Bununla davam edin. İçində də deyirsən ki get 30000 km dən sora motor inək kimi böyürəndə gələrsən. Bizdə göndərərik motorsitə. Motoristin balası aboy yeməli deyilki)))).

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.