AZƏRBAYCAN SÜRÜCÜSÜ MÜHƏRRİK YAĞINI TOYA KOSTYUM SEÇDİYİ KİMİ SEÇİR.
Bəzən həyatda bacarmadığınız, qərar verə bilmədiyiniz elə şeylər ola bilər ki, sizin üçün başqaları çarə tapa bilər.Məsələn xəyalınızdakı evi bənna sizin üçün tikə bilər, sevdiyiniz paltarı dərzi sizin üçün biçə bilər, bəyəndiyiniz cəvahiratı zərgər sizin üçün düzəldə bilər, və ya bütün bu məsələlərin seçim mərhələsində ailəniz, dostlarınız, yaxınlarınız sizə kömək edə bilər. Amma bəzən elə ciddi bir məsələ qarşısında qərarsız qala bilərsiniz ki, bu zaman çarəsini yalnız özünüz tapmalısınız.Bəzən də mənasız bir şeylər də bizi qərarsız edir. Elə mühərrik yağı seçmək. Günlərlərlə aylarla qərarsız qalan müştərilər görmüşəmeee.
Mən mühərrik yağı sektorunda demək olar ki çox böyük kütlə ilə həm sosyal şəbəkə vasitəsi ilə həm də bir başa təmasda oluram və söhbət edirəm. Söhbət deyəndə ki bizim söhbətimiz elə əsasən mühərrik yağı seçimi ilə bağlı olur da. Sözümü yarımçıq saxlayıb son günlərdə Türkiyədə sırf özümün araşdırdığım bir statistikanı deyəcəm. Yəni bunu kimsədən eşitməmişəm sırf özümüz bir bir sürücülərdən soruşmuşuq. Qardaş Türkiyədə İstanbulda bir çox sürücüyə (50 nəfərə yaxın) yaxınlaşaraq avtomobilinizin mühərrikində nə yağı istifadə edirsiniz deyə bir sual verdik. Aldığımız çavabda sadəcə 4 yağın adı çəkildi. Castrol, Mobil, Petrol Ofisi və Opet.
Belə başa düşdüm ki Türk sürücü ilə bizimkilərdə çox fərq var qərar vermə söhbətində. Bax ölkədə 600 yağ markasının olması, bütün günü radiolarda hamının yağ reklam etməsi, sosyal şəbəkələrdə ifrat dərəcədə yağdan danlşılması hamısı bizim sürücümüzün qərarsızlığı nəticəsində yaranmış bir amildir. Mən bu Facebookdan sürücülər tanıyıram ki hər dəfə bir yağ istifadə edir. Biri qardaş var idi mənə deyirdi ki mən bütün yağları öz maşınımda test edirəm sonda deyəcəm hansı daha keyfiyyətlidir zad. Guya maşın labaratoriyadırda))).
İnanın səmimiyyətimə mən anladım ki, Azərbaycan mühərrik yağı sektorunda bu irgənçiliyi yaradan elə sürücülərdir. Sanki onlar özləri tələb edir bu qədər brendi bu qədər seçimi. Alış və tələbat var ki gəliş var da əzizlərim.
Məsələn burda eyni sorğunu etsək və insanlar səmimi şəkildə bu sorğuda iştirak etsə özünüz şərhlərdə insanların nə qədər fərqli məhsullar işlətdiyinin şahidi olacaqsız. Düşünürəm ki çoxluq iştirak etmətəyəcək ,amma yenə də bir soruşaq.
SİZ AVTOMOBİLİNİZDƏ HANSI YAĞI İŞLƏDİRSİZ?
Sorğuda iştirak edək və özümüz özümüzü kənardan izləyək.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.