AZƏRBAYCAN SÜRÜCÜSÜ NİYƏ ELEKTROMOBİLİ SEVMİR?
Elektromobillərin əksəriyyəti 100-150 kilometr məsafə qət edə bilir. Bununla nəinki rayona, heç şəhər mərkəzindən Bakı ətrafına gedib-qayıtmaq belə müşkül məsələdir".
Ölkəmizdə elektromobil istifadəçilərinin sayının az olması səbəbləri çoxdur. Bəzi ölkələrdə elektromobillər üçün hətta xüsusi yollar hazırlanır.Adətən, bu, ya istehsalçı, ya da istehsalçı ölkəyə qonşu olan pilot layihələr həyata keçirən dövlətlər olur. 99%-inin istehsalçı olduğunu deyə bilərik. Çünki belə ölkə normanı qoyur, avtomobil istehsal edir və onun istehlakı üçün infrastruktur qurmağa məcbur olur. Azərbaycanla belə ölkələr siyahısında olmadığına görə, onu bir tuta bilmərik. Ölkəmiz bu istiqamətdə öz yeniliklərini edir. O, BMT-nin İqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının Paris razılaşmasını imzalayıb. Sazişə görə, ekoloji normalar və öhdəliklər formalaşdırılır. Təbii ki, burada ekologiyanı qorumaq məqsədilə avtomobillərin Avropa standartının yüksəldilməsi, o cümlədən elektromobillərə dəstək də öz yerini tapır. 2019-2023-cü illərdə icrası planlaşdırılan Azərbaycan yol hərəkət təhlükəsizliyi üzrə dövlət proqramında da elektromobillərə dəstək, infrastrukturun qurulması nəzərdə tutulub. Köhnə avtomobillərin yeni və müasirlərlə əvəzlənməsi də aktualdır".
Ölkəmizdə bu istiqamətdə təşviqedici siyasət də var: "Məsələn, idxalda elektromobillər üçün əlavə dəyər vergisi ödənmir. Amma niyə Azərbaycanda sürücülər hələ də ondan istifadə etmək istəmirlər? Plana görə, qısa zamanda lazımi infrastruktur qurulacaq. Amma bununla yanaşı, bəzi problemlərimiz bu elektromobillərin alınmasına mane olur. Əvvəla, Azərbaycan sürücüsü adətən, xaricdə qiyməti 2500-10 000 dollar civarında olan avtomobilləri idxal etmək gücünə sahibdir. Bu qiymətə isə yaxşı elektromobil tapmaq mümkün deyil. Bundan əlavə, təklif də azdır. Məsələn, Almaniyanın mobile.de saytında satışa verilən 1,6 milyon təklif var. Burada yalnız elektromobilləri seçsəz, bu rəqəm 16 minə düşəcək. Belə çıxır ki, bazardakı təklifin yalnız 1%-i elektromobildir. Bu, seçimi çətinləşdirir".
Üçüncü problem kimi məsafə qət etmək məsələsidir: "Qiyməti əlçatan olan elektromobillərin əksəriyyəti 100-150 kilometr məsafə gedə bilir. Bununla nəinki rayona, heç şəhər mərkəzindən Bakı ətrafına gedib-qayıtmaq belə müşkül məsələdir. Buna görə, həmvətənlərimiz haqlı olaraq dünyanın bir çox ölkələrindəki kimi elektromobil istifadəsindən ehtiyat edirlər. Qorxurlar ki, birdən yolda qalarlar.Amma təbiyi ki yeni modellər artıq hətda 600 km ə kimi yol qət edir.
Dördüncüsü, elektromobillər çox kiçikdir. Əksər azərbaycanlı isə avtomobil alanda ailəsini rahat şəkildə daşımağı düşünür. Avropada ikinəfərlik avtomobillər çox sevildiyi halda Azərbaycan böyük ölçüyə üstünlük verir. Bu, fərdi yaşayış ənənəsi ilə bağlıdır. Hətta Avropa fərdi yaşayışa o qədər üstünlük verir ki, tək yaşayanlara əlavə vergi qoymağı düşünürlər. Bu halda onlar birgə yaşayar, ailə qurarlar. Bu istiqamətdə elektromobil istehsalçıları kiçik ölçüyə üstünlük verir. Amma ölkəmiz üçün bu keçərli deyil. Qısası, onlara 2-3, bizə isə 7 nəfərlik avtomobil almaq xoşdur. Təəssüf, hələ bu cür elektromobilə rast gəlinmir. Olsa belə, böyük akkumulyatora görə, hədsiz baha başa gələcək".
Ölkəmizdə bu avtomobillərin xidməti yoxdur: "Yəni, öncə təcrübəmiz yoxdur. Bu avtomobillərin batareyası nə vaxt dəyişir? Zərər dəysə, onu neçəyə düzəltdirəcəyik? Bir sözlə, kasıb və varlı olmasından asılı olmayaraq alıcı bu kimi ciddi problemlər yaşaya bilər. Yol hərəkəti təhlükəsizliyi proqramında Avropa standartlarını yüksəldilməsini qarşımıza məqsəd qoysaq da, hələ ki, aşağıdır. Ölkəmizdə dizel yanacağına qarşı qadağa yoxdur. Dizelli avtomobil daha sərfəli görünür. Həm qiyməti sərfəlidir, həm də məsafə qət etmək problemi yoxdur, çox insan tutur. Hər mənada xoşdur. Avropada dizel yanacağına qadağa tətbiq ediləndən sonra elektromobillər inkişaf etməyə başladı. Fikrimcə, zamanla bu, ölkəmizdə də belə olacaq. Yol hərəkəti təhlükəsizliyi və yuxarı normativlər gələndə biz də bu istiqamətdə hərəkət edəcəyik. Ümumiyyətlə, dünyadakı bu cür problemlər bir çox ölkələrdə var. Bu, yalnız bizim problemimiz deyil. Yaxın gələcəkdə elektromobil yox, Plug in Hybrid avtomobili çox yayılacaq. Çünki onları həm elektromobil, həm də hibrid kimi istifadə etmək olur. Qiyməti ənənəvi avtomobil qiymətinə yaxındı, rahat çatdırılma imkanı verir. Həm də bunlar ekolojikdir. Buna görə də 2030-cu ilə qədər bu tip avtomobillər üstünlük təşkil edəcək
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.