Logo

AZƏRBAYCANDA HƏKİM XƏSTƏNİ NECƏ SAĞALDIRSA, USTA DA MAŞINI ELƏ DÜZƏLDİR.

AZƏRBAYCANDA HƏKİM XƏSTƏNİ NECƏ SAĞALDIRSA, USTA DA MAŞINI ELƏ DÜZƏLDİR.

AZƏRBAYCANDA HƏKİM XƏSTƏNİ NECƏ SAĞALDIRSA, USTA DA MAŞINI ELƏ DÜZƏLDİR.

Cox adam deyir Azərbaycanda həkim də Usta da yoxdur. Ammma səhv düşünürlər. İkisidə var (düzdür azdır amma var)
Sadəcə bu yaxşılar nəyə görə nəticəsiz işləyirlər onun haqqinda yazmaq istəyirəm.

Səbəbi odur ki həkim xəstənin dərdini tapır, amma dərmanı tapmır. Tapdığı dərmanda keyfiyyətsiz dozası azaldılmış. Xəstə kasıbdır deyə ödənişi düşünür, xəstənin həyatı çətindir, evi soyuqdur, qidası vitaminsiz və ya süni qidadır deyə sağala bilmir. Nəticədə yaxşı həkim nə etsin? Bunun yaxşı olmasi şərt deyil. Digər məqamlar da gərək onu tamamlasın. Yaxşi Hekim vəhdətdə gözəl iş cixardir. Əks halda  axırda pis olan həkim olacaq.

Indi ustaya baxın, eyni şey onda da var. Deməli maşının dərdini tapır, amma zapcast keyfiyyətsizdir. Yanacaq pisdir və yaxşı yanacağı almağa sürüçünün imkanı çatmır. Maşın artıq canını tapşırır və yiyəsi deyir pulum yoxdur birtəhər üstündəki detalı düzəltməklə yola ver. Ucuz olsun amma yaxşı olsun. Bir zapcast alım amma maşın top kimi olsun. Ustanın son texnoliqiya aparatı yoxdur, əlinin altinda instrument yoxdur. Çünki ölkədə ehtiyyat hissəsinə pul tapılır amma usta bir manat artıq deyəndə adı bahaçıl usta olur. Pulu olmayan usta da öz maddi texniki bazasını formalaşdıra bilmir.  Nəticə əlbətdəki ki pis olacaq amma ki yenə də  günah ustada olacaq. " Bu usta duz əməlli olsaydı maşın işləyərdi" deyəcəklər.

Bir xidmət edəcəksinizsə bunu müştəriyə(ya da xəstəyə) başdan başa salın bundan qorxmayın. Deyin qardaş men buyam, bu qədər bilirəm, əlimizdə bu dərmana ve ya bu zapcasta qədər var. Səndə bundan yuxarısını ala bilmirsən. Ona görədə bu şərtlər daxilində sənin işin belə görüləcək. Qalanı menlik deyil. Məncə bu səmimiyyəti xəstə və sürücü daha yaxşı qəbul edəcək nəinki "mənlikdir" , "qaqan top kimi edəcək"deyib sonra nəticə almayanda.
Sabahınız xeyir gününüz uğurlu olsun.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.