BAÇARIQLI SÜRÜCÜ.
Əslində bu günün mövzusu "Varlı ustada iş gördürmək faydalıdı yoxsa kasıb ustada" adlı bir mövzu idi. Amma dünən bir xeylaq söhbətləşdiyim müştərimin fikirlərini nəzərə alaraq mövzunu dəyişdim. Dedim bu varlı kasıb teması elə temadır ki insanlar adamı linç edər sən düz yazsan da. Boş yerə olan hörmətimiz də itər. Qeyd edim ki həmsöhbətim fəlsəfə üzrə ali məktəblərimizin birində dərs deyir və yüksək elmi dərəcəsi olan insandır. Çox şeydən söhbət edik. Mator yağından məsələyə girib dünya siyasətindən çıxdıq. Şəxəsən mənə çox ləzzət elədi. Bu yazımı bilirəm ki oxuyur və mən bir daha sizə gözəl və dəyərli məsləhətləriniz üçün təşəkkür edirəm. Hə deməli dəyəri ziyalı mənə dedi ki, mən sənin hər yazını oxuyuram düz deyirsən. Amma bu dediklərin insanların eşitmək istədiyi şeylər deyil. Milli mental dəyərlərimizə görə bizdə bir insanın qüsurunu demək onun açığına gəlir və həmən adam onu təhqir kimi anlayır. Bu zaman da doğru olduğun halda insanlarda sənin barəndə mənfi rəy formalaşır. Sən ən yaxşısı başını burax düzəltməyin. Mirzə cəlilin Saqqalı Uşaq əsərinin yazıldığı tarixdən bu yana düzəlməyən cəmiyyəti fələk də gəlsə düzəldə bilməz. Zatən yaza bilirsən elə onlar nəyi oxumaq istəyirsə, nəyi müzakirə etmək istəyirsə onu yaz. Çəmiyyətin düşüncəsini yaxşıya doğru dəyişməyə çalışan insanların bu günə kimi yaşadığı uğursuzluqlardan da bir xeylaq misal çəkildi.
Dəyərli dostlar ona görə də bu gündən sonra biraz mövzular daha üzdən, daha səthi, daha rahat anlaşılan və primitiv olacaq. Avtomobil barəsində dərin söhbətlər etmək istəyən insanlarla isə istənilən zaman Əhmədli filialımızda çay süfrəsi arxasında nə qədər istəsəz müzakirə edə bilərik. Sizə saatlarlarla vaxt ayırıb bütün suallarınıza cavab vermək borcumuzdur.
İlk öncə qeyd edim ki paylaşımın başlıq şəkilində oğlan sürücü ola bilərdi, amma şortikli qız daha çəlbedici olduğu üçün məqaləyə olan maraq sayına təsir edəcək. Başlığında Bacarıqlı Sürücü adı qoyulması daha da şortikli qızla vəhdət yaradıb və oxuyanı düşündürəcək ki görəsən bu qısa şortikli qızın hansı bacarıqları var ki biz onu bilmirik? Beləcənə olacaq çamahatın istədiyi bir mövzu. Amma əslində mövzu çox pirimitiv və sadədir. Bilirsiz nədir? Qoy deyim şərhlərdə siz də öz fikirlərinizi yazarsınız.
Deməli bəzən rayona zada gedəndə qarşıma yolda xarab olan maşınlar hammı kimi mənimdə qarşıma çıxır. Hər zaman yol çıxanda mütləq məndə adətdir ki özümlə nabor ( geniş saylı açar dəsti) götürüm. Deyirəm maşındı da yolda nəsə olar birdən ən azından kiçik müdaxilə edim. Ya da yolda qalan olarsa kömək edim. Özümü tərifləmirəm amma lap yolda tələssəm belə kiminsə maşını xarab olanda mütləq ki maşını saxlayıb yardımçı olmağa çalışmışam. Yolda düzəldə bildiklərimdə olub yol şəraitində yetərsiz qaldıqlarımda.
Keçən dəfə bir müştəri rayondan zəng edib ki bəs ay usta düşdük restorana yemək yeməyə qayıdanda maşın xoddanmadı. Məndə evakuatora mindirib Bakıya gətirirəm işdəsənsə buna bir baxın. Maşın Şamaxıdan basa basa gəlib çıxıb Bakıya baxırıq ki akkumlyatorun kleması boş imiş. Sadə 10 açar və avtomobildən çox cüzi anlayışı olan sürücü ilə həll olunan kiçik bir problem. Mən demirəm yolda qalan sürücü maşını əzbər bilməlidir. Heç yeri gələndə müasir maşınlardan 95 faiz ustaların başı çıxmır. Durub sürücüdən o performansı istəmək və gözləmək haqsızlıq olar. Amma siz şrhlərdə sadəcə özünüzdən yazın.
Avtomobiliniz xarab olarkən yolda ona müdaxilə edib, loru dildə desək ilkin tibbi yardımı göstərəcək qədər baçarığınız varmı?
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.