Logo

BAHALI YAĞ OLMAQ YAXŞI YAĞ OLMAQ DEYİL.

BAHALI YAĞ OLMAQ YAXŞI YAĞ OLMAQ DEYİL.
Image

BAHALI YAĞ OLMAQ YAXŞI YAĞ OLMAQ DEYİL.

Baş ağrısı olmasın sizə bir əhvalat danışım. Deməli bir gün bir qardaş gəlib Əhmədli filialımıza.Bəlkə də özüdə oxuyacaq bu yazımı. Yaxınlaşdım ki yağ secəm dedi özüm secəçəm. Baxdım qardaş getdi yağlamada ən bahalı yağı seçdiki bəs bunla dəyişin maşının yağın. Dedim qardaş sən nə sənətin sahibisən.Dedi həkiməm cərraham.
Dedim qardaş dünyada ən bahalı dərman hansıdı. Dedi ilik üçün dərmandı yadımda qalmayıb deyəsən 6000 dollardı dedi ampulası. 
Dedim axşam biraz arağın dozasın qacırmışam başım yaman ağrıyır. Pulunu verim ver o ampuladan mənə. 
Qayıdasanki o dərman baş ağrısı üçün deyil axı. 
Dedim qardaş bəs sən niyə ən bahalı konisterdən yapışırsan. Axı o yağ sənin avtomobilin standartına düz gəlmir axı. O başqa avtomobilin yağıdı.
İndi məsələ odurki bizim insanımız nə qədər mariflənsə də hələ də onların içində bahalıdırsa yaxşıdır pisxalogiyası ilə yaşayanlar var. Bəli yaxşı mal biraz baha olur. Ama təsüfki bir çox şirkətlər insanların bu zafiyətindən istifadə edib onları daha çox soyum deyib dahada məhsulu bahalı edir. 
Sizə tövsiyyəm mühərrik yağı seçərkən texniki parametirlərinə görə seçin. Bilmirsizsə soruşun örgənin. Mən demirəm bu sahədə alim olun. Amma özünüz üçün kiçik də olsa məlumatlı olun. Biz də sizə ətraflı informasiya vermək üçün əlimizdən gələni edirik.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.