BAŞ DÜZƏLMƏSƏ MAŞINI DÜZƏLƏN DEYİL.
Avtomobilə yanaşma tərzinə görə bəzi insanlara faydamız olubsa da ama çox insanlar bizim aşağıdakı yazaçağımız kimi mövzuları qəbul etmək istəmir. Problem pul,imkan ,maddı durum problemi deyil. Heç özümdə bilmirəmki bu insanların problemi nədir və mən onları necə marifləndirə bilərəm. Baş qalmadı artıq özümdə də.
Bir qardaş yaxınlarda bizim Avtok1ubun sonu 8001 olan nömrəsinə yazıb ki, bəs məndə 285000 km getmiş Hyundai var ona 5W-30 istifadə edirəm. Ama 5000 km-ə 1.5 litr yağ azaldır. Mən nə yağı istifadə edimki azalmasın.
Məndə hər zamankı kimi öz mövqeyimlə qanuni və profesional həll yolunu dedim
AVTOMOBİL 300000 KM-Ə ÇATDIĞI ÜÇÜN MÜHƏRRİK USTASINA MÜRACİƏT EDİN. MÜHƏRRİKDƏ CARİ TƏMİR VƏ YENİLƏNMƏ İŞLƏRİNDƏN SONRA YENƏ 5W-30 LA DAVAM EDIN. YAG FİRMASINI DƏYİŞMƏK VƏ YA QATILIĞI DƏYİŞMƏK MÜHƏRRİKİ MÜALİCƏ ETMİR.
Söhbətin üstünnən bir yarım saat keçmişdi ki avtok1ubun köhnə sonu 9969 la bitən nömrəsinə yenə eyni nömrədən eyni sual gəldi. Dedim qoy bunla məzələnim. Bu səfər qoy ÇOBAN USTA rolu oynayım.
Dedim qaqa başşşına dönüm sən keç təcili 10W-40 -a yağ yemə də azalacaq qulağında dinc olacaq. Ümumiyyətlə maşın 300000 km ə çatdısa mütləq 10W-40 a keçməlisən zad.
Elə bu sözləri yazanda hiss elədim ki qaqam nəsə özünü xoşbəxt hiss elədi. Soruşdu ki yeriniz hardadı, o biri nömrədə Neftçilərdəki ünvanı vermişdim.Palit etməmək üçün bu dəfə Əhmədlidəki ünvanı verdim.
Qaqam gəldi nə gəldi.
Hələ yağ dəyişmə etməmiş mühərrikin içinə zada baxdım gördüm mühərrik təmizdir ama day qocalıbda yetim neynəsin. Dedim qardaş sən başqa hardansa başqa ustalardan məsləhət alıbsan? Deyir hə dedim nə dedilər?
Dedilərki mühərriki cari təmir etdir. O ustanın başı xarabdı. 300000 km də mator yğdırarlar?
Baxdım üzünə sakitcə başımı aşağı salıb getdim otağa. Dedim nə istəyir onuda verin.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.