BEDBƏXT MÜHƏRRİK USTASI.
Avtomobil təmirində bir çox sahələrin ustaları vardır. Amma mənim bu sahələrin içində ən çox Rus demiş uvajat elədiyim bir mühərrik ustalarıdı, birdə elektron beyin ustaları. Bü gün ortalıqda sosyal şəbəkələrdə yağ dəyişənlərin içi özüm qarışıq danışmağına baxmayın. İstənilən yağ dəyişən yağı nə qədər güçlü bilsə də, mühərik barəsində mühərrik ustasının yarısı bildiyi qədər bilmir. Amma mən həmişə mühərrik ustalarını bu sahənin bədbaxtı adlandırıram. Düzdü Azərbaycanda özünə sənətinə hörmət edən mühərrik ustalarıda var. Dədəsinin goruna söydürmək üçün işləyən mühərrik ustalarıda vardır. Amma biz bu gün doğru, düzgün, vicdanlı və işinə hörmət edən ustalar haqqında biraz danışacağıq. Niyə mühərrik ustaları bədbaxtdır izah edim.
Yaxın günlərdə tik tokda qoca kişinin mühərrik yığılandam 18 il sonra mühərrikciyə gəlib niyə yağın işığı yanır, sən yığmısan sənin günahındı deməsi bəlkə də hamınızın qabağına çıxıb. Biz gülə gülə baxdıq amma həqiqətən də elədirhaa. Zarafat eləmirəm. Ətrafımda salam əleyk etdiyim, çox tez tez görüşdüyüm, arada pənco pənco vurmağa getdiyim Azərbaycanın sayılıb seçilən yetərlii qədər mühərrik ustası vardır. Mən müştərilərin mühərrik ustalarına qarşı bu cur yanaşmasını çox tez tez görmüşəm. Sanki mühərrik ustası mühərrik ustası mühərriki yığdıqdan sonra ömürlük zəmanət verməli imiş zad. Mən demirəme zəmanət olmasın və ya məsuliyyət daşımasın. Səhv anlamayın. Mən deyirəm ki bunun bir həddi olsun. Mühərrik ustası yığır maşını təhvil verir. Onnan sonra maşının təkərində də səs olanda gəlir mühərrik ustasının yanına ki sən bunu yığmısan 7 ay qabaq. İndi altından cıqq səs gəldi bəs. Yəni sözümün canı ondadır ki inanın səmimiyyətimə, bu gün sürücülərin ən çox mazqisini xarab elədiyi ustalar mühərrik ustalarıdır.
Bəs gəlin görək bu əsəbin qabağında mühərrik ustaları nə qazanır?
Bir çoxunuz mühərrik yığdırmısınızsa bilirsiz ki ən yaxşı halda bir mühırrikin çıxarılması, yığılması, yerinə qoyulması ən azı 4-5 gün çəkir. Hələ mühərrikin qalovkaaı yonulmaya gedərsə və ya blok gilizovka üçün gedərsə bu proses 7-8 günə kimi uzana bilir. Hətda ehtiyyat hissəsi bəzən tapılmayan maşınlar olur ki, ehtiyyat hissəsi sifariş olunur xaricdən və detal gəlincəyə qədər bu müddət ərzində maşın ələngə kimi yatır qalır mühərrik ustasının sexində. Yazıqların qrijası çıxır dala qabağa səhər axşam itələməkdən. Amma bu mühərrikin yığılması üçün aldığı pul 500 Azn ,600 Azn və lap çətin motor olanda ən yaxşı halda 1000 Azn zad. Bir mühərrikçi uzağı ən yaxşı halda ayda yığsın 4 ədəd motor. Qabaqlar çox olurdu iş. İndi hammı yeni maşınlara normal qulluq edir deyə motorlar gec gec dağılır. Əsas iş resursu bitmiş köhnə maşınlarda olur, o maşınları sürənlərdə sən deyən pulu vermir zatən mühərrik ustasına. Yəni deməyim odur ki bir mühərrik ustası ay ərzində ən yaxşı halda 2000 pul qazanar ya qazanmaz. Amma bu boyda işin zəmanəti və məsuliyyəti üçün düşünürəm ki bu pul həddindən artıq azdır.Düzdür şərhlərdə sürücülər mənim fikrimlə razılaşmayacaqlar pul verən tərəf kimi. Amma inanın səmimiyyətimə həqiqətən qardaş kimi deyirəm ki bu mühərrik ustalarının günü gün deyil. Mühərrik sexini bağlayıb yağ dəyişmə ilə məşqul olub sadəcə gündə 3 dənə maşına yağ dəyişsə onnan yaxşı dolanar. Ona görədə də mühərrik sahəsi sənətini orgənməyə daha çox maraq azalır və gənc bir oğlan o sənəti örgənmək üçün can atmır. Gəlir yağ dəyişmə zad örgənməyə.Gündə də hər cırt eliyib yerindən duran da gedir yağ dəyişmə açır. Guya bu kişi sənətkardı sənət orgənib. Karter açıb filter açıb bağlamaq nə vaxtdan sənət olub ki?
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.