Logo

Bəs sizin avtomobilinizdə göstərici necə moto/saatdır ?

Bəs sizin avtomobilinizdə göstərici necə moto/saatdır ?

Ümüd edirəm ki, bu yazım bu barədə bilməyənlər ücün faydalı olacaqdır.

Qeyd edim ki, bu şəkili Almaniyada yaşayan dəyərli dostum, Natiq bir necə gün bundan öncə göndərmişdi. Şəkildən də göründüyü kimi, Almaniyada avtomobilin 1 saat işləməsi nəticəsində qət edilən yol 68 km-dir. Bu rəqəm ölkələrə və şəhərlərə görə dəyişə bilir. Məsələn, bizim Bakı şəhərində bu rəqəm 25km/saat-a kimi düşə bilir. Çünki biz ara məsafəsi 10 km olan Əhmədlidən 20 Yanvara 1 saata gedib cixa bilmirik.

Hə, indi sizə sözümün canını izah edim, dostlar. Baxın, əsl doğru yağ dəyişmə bu moto/saatla dəyişilməlidir.

Əslində bütün sintetik yağları 300 moto/saat işlətmək olar.

Əgər siz Almaniyada yaşasanız 68×300 moto/saat=20000 km yağı dəyişə bilərsiniz.

Bizim qaragün tıxaclı Bakida isə 25×300 moto/saat= 7000 km də dəyişməlisiz.

Nəzərə alsaq ki, siz Almaniyadakı kimi ultra keyfiyyətli yanacaq da işlətmirsiniz. Bu yağ dəyişmə intervalını biraz da aşağı cəkməklə yaği yandırmadan dəyişməkdə fayda var.

Bəzən niyə Almanlar bu yağı 20000 sürür biz 7000 sualını verəndə, Avtomobilinizin priborundakı bir saata düşən yürüş məsafəsinə baxın. O zaman sizə aydın olacaq. Qeyd edim ki, əgər siz mütəmadi olaraq uzun yol sürürsünüzsə, bu rəqəm sizdə yüksək göstərə bilər və siz yağ dəyişmə intervalını biraz uzada bilərsiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.