Logo

BƏZİ AVTOMOBİL İSTEHSALÇILARININ BURAXIDIĞI QUŞ.

BƏZİ AVTOMOBİL  İSTEHSALÇILARININ BURAXIDIĞI QUŞ.

BƏZİ AVTOMOBİL  İSTEHSALÇILARININ BURAXIDIĞI QUŞ. 

Ola bilsin yazaçağım mövzuda dediyim nüansları siz quş olaraq səciyələndirə bilmərsiniz. Bəzilərinizin avtomobilləri o avtomobildən olduğu üçün və heç kim də öz ayranına turş demədiyi üçün  bu sizin beyninizdə həmən təfəkkürü formalaşdıra bilər. Amma bir avtomobilçi olaraq mənim üçün isə quş quşdur. İstər o quş sənin maşınında olsun istər mənim maşınımda. Fərq etməz. Ona görə də kimsə şərhlərdə mənim maşınımda da elədir amma mən onu quş hesab etmirəm yazsa bunu həmən şəxsin öz fikiri kimi qiymətləndirib, yalnız onun fikrinə hörmət etmək olar. Keçək quş məsələsinə. 
Avtomobil bəzən sizə bəsit bir mexanizim toplusu kimi gələ bilər. Amma bir avtomobili Türklər demişkən tasarlamaq o avtomobili istehsal etməkdən daha çətindir. İstehsala nə var ki. Hər şeyi robot edir də. Əsas odur nəyi hara necə bağlayacağı və ya qaynaq edəcəyi komandanı ona verəsən. Məsələn mən vizual olaraq bir avtomobilə baxanda, o avtomobilə qulluq edəndə, onu yığan mühəndisin nə dərəcə də ağıllı olub olmadığını təsbir edə bilirəm .  Məsələn bir çox Renault avtomobilləri var ki usta olaraq sən o maşında iş görə bilmirsən . Adamlar ancaq ilk dəfə maşını necə yığacaqlarını düşünüblər. Gələcəkdə nəsə xarab olsa, usta burda nə zülüm çəkəcək, necə açacaq deyə baş sındırmayıblar. Ya da sındıracaq başları olmayıb.  Məsələn elə şəkildəki maşını da nümunə gətirmək olar. Zalım oğlu bunu elə dizayn et ki filteri açanda və ya karteri açanda yağ çerez balka axmasın da. Hələ içi boş balka olanda bəzən dolur ona. Yağ dəyişdikdən sonra maşın birdə gördün bulaya bulaya gedir.  Sonra lap götürək Land Rover Discovery 2.7 dizelləri. Sürətlər qutusu yağı dəyişərkən zalım oğlu elə edib ki, təsəvvür edin filteri dəyişmək üçün alt balka 1 santı metr mane olur. O bir santı metrə görə yazıq usta matorun yasdıqlarını açıb danqratla matoru karobka qarışıq yuxarı qaldırmalı olur ki filteri çıxara bilsin. Hələ Range Roverdə motorda nəsə bir iş görmək üçün kuzanı qaldırıb kənara qoymaq məcburiyətindən danışmıram.  Bir çox Çin maşınları, İtalyan maşınları, Fransız maşınları və Amerika maşınları demək olar ki, bu çür quşlarla zəngindir. Düzdü pis maşın deyillər. Məslənən Range Rowerə kim pis deyə bilərki? Heç kim. Çoxumuzun hətda xəyalıdır. 

Bir usta kimi fikir vermişəm həmişə ki Almanlar sanki bu mövzuda biraz daha diqqətlidirlər. Mən burda Alman tərifləmirəm haaa. Allah haqqı özüm Çin maşını sürürəm. Yəni səhv başa düşməyin. Amma məsələn Meçedes ,BMW, Audi nə qədər yeni modelləri nə qədər müasir və ya köhnə modelləri olsa da onlara xidmət göstərmək daha asan olur. Sanki hər şeyi elə dizayn edirlər ki, eləcə əlivi at aç sök qoy yerə. Sonra da rahatlıqla yığ yerinə. İndi bir qardaş şərhdə yazacaq ki bəs Opeli niyə demədin? Yetim Opel nə zaman Almanın oldu ki? Dünənə kimi Gm in idi. İndi də Peugeot Citroen aldı. Peugeot da babat maşın buraxandı axı))))). Merətin adını da adam yazanda 6 dəfə google yə baxır ki birdən hərif səhvi edərəm. 
Bilmirəm bu yazdığım mövzu sadə sürücülər üçün nə dərəcədə maraqlı oldu. Ola bilsin ki kiminsə üçün boş söz toplusu kimi də gələ bilər. Mən fikrinizə hörmətlə yanaşıram. Amma bu tip şeylərə ustalar çox fikir verir və hər zaman onların maraq dairəsində olur. 
O bəzi maşınlar vare ustaya aparırsız usta deyir ki, mən bu maşına baxmıram zad. Bax elə onun çoxu belə səbəblərə görə olur. Usta 5-10 manata görə itin zülmünü çəkmək istəmir. Kənardan müştəri kimi  baxanda  sadə bir 10 manatlıq detalın dəyişilməsi üçün gərək səhərdən axşama kimi söküb yığa. 10 manatlıq detalı dəyişmək üçün 100 manat pul istəsən müştəri adamı çırar)). Ona görə də urvatlı olmaq üçün deyir ki mən baxmıram. 

Oxuduğunuz üçün təşəkkür edirəm. Bu mövzu barəsində fikirləriniz olarsa və ya başınıza gəlmiş bir hal olarsa, şərhlərdə bizimlə paylaşsanız sevinərik. Biraz qeybət edək də))))).

Qeybət dedim sən canınız qoy qeybətdən də yazım. İndi yazmasam sonra yadımdan çıxacaq Allah haqqı. Deməli bu gic gicə xəbər saytları var da bilirsiz. Bir də görürsən filankəs oxuyanda nəbilim alt paltarı zad görsəndi kimi xəbər zad paylaşırlar da. Özüm ölüm girib baxırsan ki şərhlərdə qadınlardan çox kişilər var))). Oturub qoyublar çamahatın merçedesini müzkirəyə. Sən öl elə xarab zamanəyə gəlmişik ki kişilər özünü arvad kimi aparır. Qadınlar da özünü kişi kimi. 
İndi mən də həmişə avtomobil mövzularında sonda şərhlərdə fikrinizi yazın deyə müraciət edirəm. Deyirəm qoy fikrimiz o Mercedesdən yayınıb bu Mercedesə yönəlsin ki qeybətimiz də heç olmasa özümüzə uyğun olsun. Narahat olmayın kişilərin bu Mercedesi müzakirə etməsi qeybət sayılmır.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.