Logo

BİR VEDRƏ PULU XƏRCLƏYİR AMMA AVTOMOBİL DÜZƏLMİR.

BİR VEDRƏ PULU XƏRCLƏYİR AMMA AVTOMOBİL DÜZƏLMİR.

BİR VEDRƏ PULU XƏRCLƏYİR AMMA AVTOMOBİL DÜZƏLMİR.

Genetikasında yalnız biri birinə atmaq və biri birini aldatmaqla irəli gedəcəyini düşünən cəmiyyətdə yaşadığımız üçün, zaman zaman aldadılmaq hər birinizin qismətimizə düşür. Deməli o gün bir qardaşla söhbət edirəm. Çox məşhur bir servizdən gileylənir. Deyir maşında əsmə var. Apardım paduşkaları dəyişdilər 300 Azn pul ödədim kəsmədi. Sonra dedilər bublikdəndi . Karobkanı söküb qoydular yerə,  bubliki dəyişdilər 700 Azn pul ödədim titrəmə kəsmədi. Sonra dedilər aha tapmışıq qranatdı. Bir 400 Azn də aldılar qranat dəyişildi yenə əsmə kəsmədi. Bundan əlavə özüm dedimki bəlkə sveca farsunkalıq olar 100 azn də ona xərclədim yenı eyni hal avtomobildə yaşanır. 

Qardaş bütün dərdini danışandan sonra məndə iki sual yarandı. 
Sizcə qardaş normadan artıq safdı yoxsa usta normadan artıq bic?

Mənim şəxsi fikrimcə günah ustadadı. Əgər qarşındakı sənin sahəndən xəbırsizdirsə onun pulunu zəli kimi sovurmaq kişilikdən deyil. Hətda qanında azcada olsa kişilik olan usta sürüçüyə düzgün istiqamət verib başa salmalıdır. Düzəlməyəcəksə onnandır bunnandır deyib dəyişməməlidir. Və ya düzəltməyə cəhd edib düzəldə bilmirsə ödəniş almalaıdır. Məsələn mən belə temalarda QARDAŞ MƏNİM SAHƏM DEYİL deyib vəziyətdən urvatlı aradan çıxıram, nəinki filan şeydəndir gəl sökək düzəldək deməkdənsə.

Sizdə şərh bölümündə öz fikrinizi bildirsəniz sevinərəm. Əgər sizində başınıza belə iş gəlibsə bizimlə bölüşə bilərsiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.