Logo

BİRAZ BABOŞDAN, BİRAZ MÜHƏRRİK YAĞINA ƏLAVƏ QATILAN QATQILARIN ZİYANI VƏ XEYİRİNDƏN ,BİRAZ DA XOŞQƏDƏMDƏN.

BİRAZ BABOŞDAN, BİRAZ MÜHƏRRİK YAĞINA ƏLAVƏ QATILAN QATQILARIN ZİYANI VƏ XEYİRİNDƏN ,BİRAZ DA XOŞQƏDƏMDƏN.

BİRAZ BABOŞDAN, BİRAZ MÜHƏRRİK YAĞINA ƏLAVƏ QATILAN QATQILARIN ZİYANI VƏ XEYİRİNDƏN ,BİRAZ DA XOŞQƏDƏMDƏN.

Son zamanlar özümə söz vermişəm ki marifləndirici yazıları yazmağı tərgidim. Çox dərin mövzulardan yazanda, paylaşımın statistikasına baxıb görürəm ki oxuyan olmur. Amma məsələn maşınla 220 getdiyin yerdə şəkil qoy, oxumaq nədi bir gün sonra ölkə səndən danışsın))). Ona görə də zaman zaman bu tip lazımlı mövzuları yavaş yavaş azalatmağı düşünsəm də vərdişimi tam kəsə bilmirəm. Amma azaltdıqca inşə Allah tərgidəcəm görək nə olur. Bəlkə də siz dediklərimə inanmırsınız amma yaxın günlərdə  düşük, mənasız və bizə yaraşmayan bir paylaşım edəcəm prostu bu avara Baboşu tapa bilmirəm. Deyəcəm gəlsin yanını yağlamada burcutsun camahat da baxıb feyziyab olsub. Baxarsız o paylaşıma ən azı milyon baxışı olacaq. Milyon baxış verən paylaşımlar ola ola 3 nəfərin şərh yazacağı ağıllı paylaşımları niyə edək ki? Ağlım qarışdı qeybətə yenə mövzu yaddan çıxmışdı. Mövzu maraqlı olsa oxuyun sondakı suala da cavab verməyi unutmayın. Ümüd edirəm ki sondakı sual mövzudan daha maraqlıdı və daha çox şərh o suala görə yazılacaq.
  
Mövzu geniş olsa da bu barədə çox da uzun uzadı yazıb başınızı ağrıtmaq fikrim yoxdur. Zaman zaman səhifədən bəzi izləyicilərimiz var ki onlarla qatqıların istifadəsi, xeyirləri və fəsadları barəsində üz üzə bir xeylaq söhbətlər etmişik.
Baxın dəyərli dostlar. 
İstənilən yağa qatılan qatqı hər hansı bir funksiyanı yerinə yetirmək üçün istehsal olunur. Təbii ki xeyri vardır. Amma bunu da unutmayın ki düzgün istifadə etmədikdə fəsadı da vardır. Qatqı aptekdə satılan dərman kimidir. Düzgün istifadə edərkən xeyir verir. Amma müəyyən bir yerlərə də kiçik ziyanı toxunur. 
Məsələn normadan artıq qələvili motor qoruma qatqıları Katalizator və ya dizel avtomobillərdə Dpf filteri məhv edir. 
Məsələn normal mühərrikə viskoz artıran qatqı istifadə etdikdə siz heçnə anlamaya bilərsiz. Amma növbəti yağ dəyişmədə yağ azalma və səsli işləmə ilə rastlaşa bilərsiniz.
Bu kimi nümunələri və misalları sizə kifayət qədər deyə bilərəm. Sadəcə yazımız uzun olub sizi incitməsin. Qısaca onu demək istəyirəm ki qatqı istifadə edərkən filankəs təriflədi, bəhmənkəs təriflədi, radioda dedilər, çayxanada dedilərlə qərar verməyin. Sözün əsl mənasında başı çıxan bir uata ilə məsləhət edin. 
Dostunun 97 nin çeşkasında iş görən qatqı, sənin 2015 Hyundayında məhəbbəti korlaya bilər.
Əslində mən bunları sizə deməməliyəm. Sizə daha çox qatqı satıb üstündən qazancımı götürməliyəm. Çünki bu reklamlar, hay haray həşir zad hamsı satış üçündür.  Amma elə deyil pula görə mühərrikləri bədbaxt etmək olmaz. Bir daha deyirəm qatqı təbii ki xeyirlidir. Bu yazımı əsla ziyanlıdır kimi anlamayın.Gərək düzgün istifadə edəsən və başı çıxan adamdan məsləhət alasan. Qatqıdan 3 manat pul qalacaq deyə məhsulu bilməyib yalnız satış düşünən insanların tövsiyyəsi sizi məyus edə bilər. Sonra da deməyin ki filan qatqı pisdir. Qatqıda günah olmur. Düzgün tövsiyyə verməyən qoyundadır günah.

İndi keçək sualımıza. 
İki gündü məni dərd götürüb gedib ki  bu müğənni Doğuş  Xoşqədəmin başını yastığa qoyub gedib kimləsə imam nigahı zad qılıb. Yazıq qız camahatı qovuşduracam deyib birdə ayılıb ki kişi əldən gedib. İndi maraqlıdır ki efirlərdə barışdırmaq boşandırmaq işinə baxan özü bu temada hansı addımı atacaq?

Ps. Deyirəm gör nə günə qalmışam ki insanlar marifləndirici yazıları oxusun, aldanmasın, savadlı və bilikli olsun deyə mövzunun başına Baboşu axrına Xoşqədəmi calayıram))). O uşağa acı dərmanı içsin sağalsın deyə qəndin üzərinə damcılladıb verirlərhaaa. Bax buda elədi)))).

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.