BİZİM İQLİMƏ HANSI YAĞ UYĞUNDUR?
İlk növbədə onu qeyd edim ki bu söz əslində iqlim yox kəskin iqlim ile əvəz edilməlidir. Çünki iqlimə uyğun yağ adətən standart iqlim üçün olur. Azərbaycanda standart iqlimdir. Dünyanın bur cox ölkələri kim mülayim iqlim.
Amma iqlmə uyğun xüsusi yağlar da olur. Məsələn səhra üçün yağlar xüsusi ola bilir. İstilik 60 C° ətrafinda olan bir yerdə normal iqlim yagi zəif qala bilər.
Yada ki Sibir soyuğu.Temperatur bəzən mənfi 50C° dən də az olursa onda ora xüsusi yağ lazımdır
Bunlara deyirlər XÜSUSİ İQLİM YAĞLARI-
FƏSİL YAĞLARI
Bu söz bizə daha çox uyğundur. Çünki cox adam soruşur ki , qardaş bu yay yağıdır yoxsa qış yagı?
Əslində bu köhnədən qalma söhbətdir. Amma hələ də zəif sirkətlərdə və köhnə texnoloqiya istifadə edən şirkətlər bu tip yağlar istehsal edir.
Çox adam bunu soruşur ona görə ki, bu sovet vaxtı cox məşhur bir şey idi.Yağlar qiş ve yaya bölünürdü. Elə yayda 20W-50 qışa isə 10W-40 tök söhbəti də bu zamanlardan gəlir. Çünki yay yağı adətən 20w-50, qış yaği isə adətən 10W-40 olardı.
Belə hallarda mümkün qədər yağın üstünü və pasportunu oxumaq lazım idi. Cünki bəzən üstündə yazır ki yay yağı, onu kimsə qışda istifadə eləsə fəsadli ola bilerdi.
Amma müasir yağların hamısı bütün fəsil yağlardır. Ümumiləşdirsək, Azərbaycan iqliminə uyğun olan yağ deyilən bir şey yoxdur. Fəsilə uyğun ola bilər, o da müasir dövrdə öz mənasınıi itirib. Çünki müasir şirkətlər bütün fəsillərə uyğun yaglar istehsal edirlər.
Tövsiyyə olunurki mühərrikin daha uzun ömürlü olması üçün avtomobil istehsalçısının yağ tələblərindən kənara çıxmayasınız. Xüsusi hallar olmadıqca.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.