BİZİM ÜÇÜN OLUB, BİZDƏN UZAQ OLAN AVTOMOBİL FUNKSİYASI.
Bu gün bir çox avtomibillərdə istehsalçı tərəfindən yaradılan amma bizim bəzən illərlə istifadə etmədiyimiz bir sistemdən söhbət açaçağıq. İlk öncə kiçik də olsa bu sistem barəsində məlumat verək və sonra araşdıraq görək niyə bizdə bu sistemi mütəmadi işlədə edilmir. Dünən maşına oturanda düyməni gördüm yadıma düşmədi nə zamansa ondan istifadə etdiyim. Dedim qoy sizdən də bir soruşum.
Kruiz kontrol, avtomobillərin yol boyunca stabil bir sürətlə getməsinə imkan verən bir sistemdir. Bu sistem, sürücünün istədiyi sürətdə yol almaq üçün tənzimlənə bilən bir elektronik sistemdir. Kruiz kontrolün əsas məqsədi, sürücünün uzun yol səfərində daimi gaz pedalını sıxmaq məcburiyyətində qalmamasını təmin etməkdir.
Kruiz kontrol sistemi, sürücünün istədiyi sürəti təyin etməsini və bu sürətdə qalmasını təmin etmək üçün həmin sürəti saxlamaq və arzulanmaz sürətdən düşməmək üçün avtomobilin güc sistemini idarə edir. Sürücü istədiyi sürəti təyin edib sistemə aktiv etdikdən sonra, avtomobil sistem tərəfindən tənzimlənən sürətdə qalır və sürücü gaz pedalını sıxmağa ehtiyac duymadan bu sürətdə yoluna davam edə bilir.
Kruiz kontrolün bir neçə faydası vardır. İlkin olaraq, uzun yolda sürücüyə yorğunluq hissini azaltır və buna bağlı olaraq daha rahat bir sürüş təmin edir.
Sürət limitləri qanunlarına əməl edilməsi vacibdir və kruiz kontrol bu tələbi yerinə yetirməyə kömək edir.
Çalışdım çox da sizi yormadan kiçik məlumat yazım.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.