BİZİM YAĞI İATİFADƏ EDİN ANAMIN CANI HAQQI KOSMOSA UÇACAQSINIZ.
Bilmirəm dünyada bu məsələ necədi, amma dəqiq deyə bilərəm ki Azərbaycanda mühərrik yağlarının reklamı və təqdimatı çox şişirdilmiş və iyrənc formadadı. Bəzən bir yaxşı məhsula yan tərəfdən verilən fantastik bəzəmə onun yaxşılığına belə kölgə salır. Təbii ki hər deyilənə inanan adam bunu anlamır və o bəzəklərə də inanır. Amma ağlı başında İQ səviyyəsi yüksək olan və araşdırmaçı insanlar buna gülürlər.
Bu gün sizə bəzənmiş reklamlardan danışacam. Əslində burda bu sahənin çikini bikini bilən bir adam kimi çox nümunələr gətirə bilərəm. Amma elə Avtok1ub satdığı yağlardan deyəcəm ki, sonra deməsinlər ki satmır deyə belə deyir zad. Öz satıqlarımızdan da ona görə deyirəm ki zatən işlədiyimiz firmalar bilir ki biz pramoy adamıq. Nəyi necə görürüksə, düzü nədirsə elədə deyirik. Bizdən ötrü fərqi yoxdu ki o məhsuldan pul qazanırıq ya məhsulu gətirən əziz adamımızdır.
Məsələn Rowe çox gözəl yağdı. Öz maşınıma da Rowe istifadə edirəm bilirsiz və görübsünüz. Amma rowenin distürübütorunun texniki mütəxəsis kimi təqdim etdiyi xiyar mütəxəsisi, bu yağda 90% Pao var deməsi bu uje reklamda ayrı leveldi. Yağı buraxan Nemesə deyirəm bunda Pao nə qədərdi? Deyir mən nə bilim o istehsal sirridi. Bizimkilər soxub gedireee 90%.
Liqui Moly həqiqən də keyfiyyətli məhsuldur. Kim ona pis desə haqsızlıq olar. İndi qiyməti çox şişirilib zad olar ayrı temadı. Ən bahalıdırsa ən yaxşıdır düşünənlər üçün gözəl marketing addımıdır. Onu deyim ki pis də tutmayıb. Amma rəsmi səhifədə Liqui Moly avtomobil istehsalçılarının Oem ( zavod dolum yağı) yağıdır yazılması bu uje yalandı. Dünyada avtomobil istehsal zavodlarını birləşdirən quruplar bəllidir və onlarında Oem təminatcısı bəllidir. Oem olmaq heçdə ən yaxşı olmaq anlamına zatən gəlmir. Lukoil Mercedesın Oem təminatcısı idi. Bu o deməkdi ki ən yaxşı yağdı? Parafin iylənir təmiz.
Yoxsa siz elə bilirsiniz ki bütün Bardahl yağlarında Nobel mükafatı almış Fulleren var. Ay töybə yoxdu. Nobelli yağın litri 50 manatdı. Onuda onsuzda siz alan deyilsiz. Yəni litri 20 - 25 Azn olan yağın Nobelədən xəbəri yoxdu.
Keçək mənim distirübütoru ilə şəxsi həyatda dost olduğum Amsoilə. At güçü itkisi və aşınmaya qarşı digər yağlardan 75% daha güçlü müdafiə yazır. Bildik tbn digər yağlardan çoxdur falan. Amma məsələn Amsoil motoru tutalım ki Petro Canadadan 75% daha çox qoruyur demək biraz reklamda dozanı çox eləməkdi. Özüm Petro Canada misal çəkdim ki sonra nedarazumeniya olmasın.
Siyahıya çox şey yazıb vaxtınızı almaq istəmirəm. Amma tək istədiyim bu ölkədə hər şeyin öz adı ilə çağrılması və istehlakçıya dəqiq məlumat verilməsidir. Bir şeyi anlamaq lazımdır ki sürücü maşını sürürsə ona zatən yağ almaq məcburiyətindədir. Amma o yağıda gərək olduğu kimi, doğru, düzgün və necə varsa elə tanıdasan.
Bular belə yazır sonrada sürücü gəlir mənnən yapışır ki qaqa bəs yazmışdılar ki bu yağ kosmosa uçurdur, bə mən niyə uçmadım ? Ay nobeli yuxmda görməli idim niyə görəmədim.
Hələ biri gəlib deyir ki mən Şhell tökürdüm sora radioda maa dedilər ki filan yağı tök yağ azalmayacaq. Məndə gəldim sənnən aldım amma yenə azaldı. Niyə?
Gəl indi buna izah eləki o radioda sənə tök deyən 1 il bunnan qabaq marojna satan idi. Texnika bilmir nədir. Resurs bilmir nədir. Aşınma bilmir nədir.
Sonda onu demək istəyirəm ki çox satım deyə nə gəldi demək zamanla məhsulu nüfuzdan sala bilər. Mənim bir Türk ustam var idi Hasbi Abi. Onum bir gözəl sözü var idi. Çox dış-bış eləməklə çox uşaq olmur. Dış-bışı da day açıqlamıramdaa nəyi demək istəyir. 18+ a keçməyək)))).
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.