Logo

BOŞ YERƏ UŞAĞIN BOĞAZINDAN KƏSMƏYİN. YAXŞI VƏ BAHALI YAĞ MÜHƏRRİKİ YENİDƏN CANLANDIRMIR.

BOŞ YERƏ UŞAĞIN BOĞAZINDAN KƏSMƏYİN. YAXŞI VƏ BAHALI YAĞ MÜHƏRRİKİ YENİDƏN CANLANDIRMIR.

BOŞ YERƏ UŞAĞIN BOĞAZINDAN KƏSMƏYİN. YAXŞI VƏ BAHALI YAĞ MÜHƏRRİKİ YENİDƏN CANLANDIRMIR.

Hörmətli avtomobil sahibləri. Hər zaman çalışırıq yağ haqqında biliklərimizi sizə maximum səviyyədə və hec kimin deyə bilmədiyi şəkildə catdıraq. Bu günkü movzumuz isə resursu itmiş mühərrikə yaxşı, bahalı yağ alıb onnan nəticə almaq istəyən sürücülərə həsr olunub. Ola bilsin mövzu uzun olar, oxumağa səbriniz catmaz. Amma yenə də oxumaqda fayda var ki, işin məğzini biləsiniz. 
Yaxşı yağın məqsədi mühərriki istehsalçısının verdiyi müddətdə aşınmadan qorumaqdır.
Məs: İstehsalçı deyir ki, mənim mühərrikim hər 250000-300000 kilometrdən bir kiçik təmirə getməli,  sepi və ya salniki dəyişməlidir ki, mühərriyin digər hissələri də uzun illər xidmət etsin. Bu qeyd edilən müddətə qədər isə sürücü yaxşı yağ istifadə ediləməlidir ki, o dövrə qədər mühərrik öz xidmətini yerinə yetirisin. Eyni ilə insan ömrü kimi. 
Bir insan ömrünü ortalama 80 il götürsək, bu ömrü başa vurmaq üçün ona bəzi qoruyucular lazımdır. Məs: qida yemək, su içmək təmizlik, temperatur, müxtəlif təzyiqlərdən qorunma (stress və s). Düzgün qida insanı 80 yaşa kimi çatdırmaq üçündür. Amma 40 il spirtli içki içən, düzgün qidalanmayan insan 45 yaşda serroz olarsa , artıq dünyanın ən dietik, ən sağlam qidalarını qəbul etsə də 50 yaşı görməyəcək. Düzgün qida sadəcə vaxtından tez ölümün qarşısını alır. Amma istənilən halda ölüm qaçılmazdır. Sadəcə geci tezi var. 

Mator  ömrü də belədir gərək yaxşı yağ istifadə eləyəsən ki verilən ömrü düzgün istifadə edəsən. Əks halda ömür qısalır. Bəzi sürücülər elə bilir ki bu verilən ömrü (məs: 200000 km) istənilən yağla kecirmək olar və nə isə olsa (səs, azalma, qətran, qalıqlar, ağır aşınma) təcili yaxşı yağa keçəcək və hər şey yaxşı olacaq. Bu belə deyil. Müasir mühərriklərdə bu özünü cox tez göstərir, qısa zamanda səs əmələ gəlir və ən pisi də odur ki, geriyə yol olmur. Ya mühərrik sökülməlidir (motor flush və ya kəfkiri yumaq kömək etmir ) ya da mühərrik dağılacaq. Müasir mühərriklər həm bahadır, həm də ustası da azdır. Təkrar yigilan mühərrik də adətən tez dağılır və səsli işləyir. Mən hələ bu ölkədə zavod parametrlərinə uyğun mühərrik yığan görməmişəm çünki. 

Yaxşı yağ diriliş suyu deyil ki , vəzyyət pis olanda onu tökəsiniz və işiniz düzələ. O möcüzə etmir, mühərrik təmir etmir, salnik dəyişmir. Onun borcu mühərriki qorumaqdır. Təbii ki qorunası bir şey qalıbdısa. Yox əgər qorunası bir şey yoxdursa yaxşı yağın heç mənası da yoxdur. 
Texniki xidmət , zaman, yürüş, istifadə halları nəzərə alınmalı, mühərrik dəyərləndirilməli və ondan sonra mümkün qədər düzgün yağ seçilməklə son qalan resursu düzgün istifadə etmək olar. 
Məlumat üçün deyək ki, demək olar ki 80% ə yaxın  sürücü səhv istifadə nəticəsində mühərriyi vaxtından tez məhv edir. Bu da bu gün üçün ciddi pul deməkdir. Pul qazanmaq isə sizin vaxtınız və canınızı aparır. Dərin məntiqi və riyazı hesabat aparanda avtomobil sizin ən bahalı əşyanızdır. Varlının da ən bahalı əşyası avtomobildir kasıbın da. Ona görə diqqətli olmaqda fayda var.

Biz daha cox texniki məlumatlara diqqət yetiririk. Müştəri bilməyə bilər, ona imkan daxilində kömək etmək borcumuzdu və edirikdə. Amma təəssüf ki bizə çatana qədər sürücü mühərrik ömrünü vaxtından tez bitirmiş olur və biz ona adətən heç kömək edə  də bilmirik. Müasir mühərriklər sözün əsl mənasında fərqlidirlər. Siz əgər onların yağlanma sisteminə baxsanız (adətən hər model üçün texniki kitab 200-300 səhifədir) artıq işin nə qədər ciddi olğunu hiss edərsiniz.

Oxuduğunuz üçün təşəkkür edirik. Bağışlayın vaxtınızı aldıq.  Əlavə sualınız olarsa şəhr bölümündə qeyd edə bilərsiniz. 

İlk öncə özünüzə sonra isə avtomobilinizə yaxşı baxın.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.