BOYNUNU YERƏ SOXDUĞUM USTA DEYİL.
Bəzən bir cox ustalar KÖHNƏ MAŞINA BAXMIRAM deyəndə sürücülər bunu yekə başlıq, qudurğanlıq və s kimi başa düşür. Ya da elə düşünürlər ki usta güya yeni maşından daha cox qazanacaq deyə köhnə maşına atqaz gedir. Ama bu əsla belə deyil. Əslində köhnə maşından usta daha cox pul qazana bilər . Cunki bu maşınların demək olarki 50 faiz hissəsi resursunu itirmiş olur və usta bu işlərin hamsını etsə bu zaman məbləq daha böyük olur. Əslində bu tip maşınları maşın eləmək üçün yetərincə usta var. Ama onu maşın edəcək imkanı olan sürücü çox azdır. Təbiyi ki bu sürücünün imkanı olsa bu köhnə maşına pul xərcləməkdənsə daha yeni maşın alardıda. İndi birdə bu işin başqa bir tərəfi vardır.
Köhnə maşın yaxınlaşır ustaya. Tutalım bir detal xarabdi. İnanin Allaha olanı yaziram. Ya detalı almağa müştərinin pulu olmur, ya maşın köhnə olduğu ücün orjinal detal tapmaq olmur, ya da ən yaxşı halda ölüxanadan resursu itmiş detal birtəhər tapırsan. Sürücü də deyir ki USTA QADAN ALARAM BİRTƏHƏR GÖR NEYNİRSƏN.
Usta da birtəhər edir ki maşın işləsin . Ama razılaşaq ki avtomobil köhnə də olsa , işlənmiş detal və ya orjinal olmayan detal bir müddət sonra yenə başın qoyur yerə. Bu səbəbdən yenə problem yarandıqda sürücü deyir ki
BOYNUNU YERƏ SOXDUĞUM FİLANKƏS USTA DEYİL .
Baxın elə gələcəkdə filankəs usta deyil sohbəti olmasin deyə ustaların bir coxu MƏN KÖHNƏ MAŞINA BAXMIRAM deyir .
Allah xalqımıza o qədər imkan yetirsinki insanların bu kimi dərdi olmasın. Nə sürücülərin nə ustaların.
Əgər sizində başınıza belə hadisə və buna oxşar hadisə gəlibsə şərh bölməsində qeyd etsəniz sevinərik.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.