Logo

BU BOYDA ZAPPA ZURUP NƏYƏ LAZIM?

BU BOYDA ZAPPA ZURUP NƏYƏ LAZIM?

BU BOYDA ZAPPA ZURUP NƏYƏ LAZIM?

 2022 ci ildə  olan statistik məlumata görə, Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 349 minə çatıb. Ümumi bütün avtomobillərin sayı isə 1.7 milyondur".
Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır. Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 mink avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdən adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər isə Yeni Zelandiya və ABŞ-dır. Hər min nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür.
Region ölkələrdən Rusiya 397 avtomobil ilə dünyada 55-ci, Gürcüstan 378 avtomobil ilə 61-ci, Moldova 363 avtomobil ilə 63-cü, Belarus 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil.
İndi keçək məslənin digər tərəfinə. Təbii ki bir avtomobil varsa bu avtomobilə mühərrik yağı da dəyişilməlidir. İstər sür istər sürmə. Ölkəmizdən xaricdə olan sürücülər də hər zaman rastlaşıblar ki adam başına bizdən çox maşın sayı düşən ölkələrdə belə bizdəki qədər mühərrik yağı çeşidi yoxdur. Dünya avtomobil istehsalının atası olan Almaniyada, Amerikada və Yaponiyada siz hansısa mağazaya və ya servizə daxil olsanız ən yaxşı halda 5-6 yağ markası görərsiniz. Amma bizdə son araşdırmalara görə 500 ün üzərində yağ markası ölkəmizə idxal olunur. Günü gündən də cibində 5 manatı olan gedib yağ gətirir. O gün bir polis işçisi tanışılıqla yanıma gəlib deyir ki bəs biraz əlimdə pul var istəyirəm yağ gətirəm. Nə məsləhət görürsən))). 
Ay başınıza dönüm bu qədər maşına bu qədər yağ markasının olması razmerdən böyük şalvar geyinməyə bənzəyir. Şalvarında razmeri böyük olanda ani bir sirkələnmədə şalvar düşür aşağı və adamın orası burası qalır çöldə. Həm də insanlarda çaş baş qalır bilmir nə alsın nə istifadə etsin. Əslində insanımızında bu işdə dəstəyi var nə yalan deyim. İnsanlar ağlına gələn, tanımadıqları, mənşəyi məlum olmayan yağları almasalar bu qədər də gəlməz. Alınır ki dalı gəlirdə. Alınmasa camahat dəli deyil ki gətirib malını və pulunu batıra. 
Baxın bu ölkəyə ən uzağı 30 yağ markası həqiqətən də bəs edir. 10 ədəd yuxarı seqment marka yağlar. 10 ədəd orta seqment Belçika, Hollandiya, Türkiyə yağları. 10 ədəd də aşağı klas ucuz yağlar ki rayonlarda çoxluq təşkil edən ili köhnə Rus maşınları işlətsin. 
Ölkənin illik avtomobillərinin yağ tələbi ortalama 25000 ton civarındadır. Bunun bir hissəsini yerli istehsal üzərinə götürə bilsə ölkənin pulu da xaricə axıb getməz. Sizə bəlkə də zarafat gəlir amma həqiqətən də ortalama ildə 260 milyon manat ölkə xaricinə pul gedir mühərrik yağı üçün.
Onu deyim ki bu hesablamalar yalnız minik avtomobilləri üçün olan hesabdır. Sənayedə və yük  sektorunda olan tələbat və onun statistikası  hələ bura qatılmayıb. 
Hə birdə ölkədə 3 avtomobildən birində bizim yağdır söhbətini də bu statistikaya qatmasam ürəyim partdayardı. Cənablar ölkədə 3 avtomobildən birində eyni yağ işlənırsə bu rəqəm illik ortalama 8000 ton edir. Hardasa illik 347 Tir. Aylıq ortalama 28 Tir. Bunu təmin edən hansı zavoddur o elə?))))))). 

Bakı küləklər şəhəridir deyə arxayın olub ətraf mühitə normadan artıq qaz buraxmaq yaxşı deyil. Millət nəfəs ala bilmir.
Sabahınız xeyir.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.