Logo

BU GÜNÜN DƏBİ SABAHIN ZİBİLİ.

BU GÜNÜN DƏBİ SABAHIN ZİBİLİ.

BU GÜNÜN DƏBİ SABAHIN ZİBİLİ.

Texnologiyanın günü gündən inkişaf etdiyi qloballaşan dünyamızda artıq elektrik avtomobilləri öz yerini sürətlə genişləndirir. Hətda bir çox avtomobil istehsalçıları yaxın illərdə daxili yanma mühərriki istehsalını dayandıracaqlarını  bəyan ediblər. Son zamanlar bizim də ölkəmizdə elektrik avtomobillərin idxalı və satışı dəb halını alıb. Kimin 5 manatı varsa Çindən Elektromobil sifariş verdirir. Artıq şəhərdə əvvəllər təkəm seyrək bu maşınları görürdüksə, indi çox qarşımıza çıxırlar. Heç kimdə soruşmur ki Ayə hara gesssən ayəəəə))).
Mən bu gün sizə bir Azərbaycanlının avtomobilə yanaşma tərzinə görə elektromobilin bizim ölkəyə, bizim insanımıza  uyğun olub olmanası ilə bağlı öz subyektiv fikrimi yazacam. 

Elektromobil bizim insanımıza uyğundurmu?
Mən bu gün apardığım hesabı ölkəmizdə ən dəbdə olan Volkswagen ID seriyası  üzərindən aparacam. 
Bu  gün bir 0 km İD 6 qiyməti 35000 $ civarındadır. Tutalım ki mən bir təhər getdim aldım bu maşını başladım sürməyə. Benzin avtomobildə aylıq yanacağa 300 azn verdiyim halda, İD 6 da bu elektrik xərci olacaq  ortalama  50 azn. Bunu başa düşdük. Bəs bir Azərbaycanlı qənaət etdiyi 250 Azn i yığacaqmı? Xeyir elə onuda gündəlik həyatımızın ehtiyaclarına xərxləyəcəyik. Bizdə onsuzda az qazansan az gedir, çox qazansan çox.

İndi keçək məsələnin əsas hissəsinə. Hər şeyin bir ömürü olduğu kimi bu maşınların da batareyasının bir ömürü var. Rəsmi istehsalçı zəmanəti 8 il olan batareyalar, 10 ildən sonra sürüş tərzindən aslı olaraq 35-50% civarında öz şarj gücünü itirir. Bu o deməkdir ki bu gün tam şarjla 400 km gedən bir avtomobil, 10 ildən sonra 200-250  km yol gedə biləcək. Təbii ki bu da bir çox insanın xoşuna gəlməyəcək və burda o insanın qarşısına 2 yol çıxacaq. Ya batareykanı dəyişmək, ya da maşını satmaq. Hazırda İD batarerkası 15000$ civarındadır. Artan ekektromobil istehsalı fonunda dunya bazarında Litium və Nerjin qıtlığı yaşansa bu rəqəm hələ bir azda gələcəkdə arta bilər.
                     İndisə sual belədir
Bir Azərabaycanlı 10 il sürdüyü maşına 10 ildən sora 15000$ verib yeni batareya alacaqmı? Mənim düşüncəmə görə əksər adam almayacaq. Tutalımki maşınl satmaq istədiz. 10 ilin maşını da qoy olsun yarı qiymət 17000$ pula. O ikinci əl maşını alacaq adam 17000$ maşına verdikdən sonra niyə gedib 15000$ batareyaya versinki? Day gedib  32000$ a təzə maşın alardaaa.
Deməli burda hansı variant qalır? Maşının batareykası ölənə kimi sürəcik və sonda nə sata biləcik, nə də düzəldə biləcik. Axırda da məcbur olub tullayacıq Balaxanıya zibilxanaya. 
Avtomobilini mülk olaraq görən bir Azərbaycan sürücüsü üçün bu çox ağır dərd olacaq. Həmən vaxt yaxşı bir 6 dənə Padar arvadı lazımdı ki qoya qabağına adamı ağlaya. 
Allah heç birinizi ağlar günə qoymasın. 

Ps. Volkswagen ID seriyasının istehsal prosesini Avtok1ub təqdimatında izləmək istəyənlər linkə daxil ola bilər.
https://youtu.be/kiS32WEbvyc

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.