BU ÖLKƏDƏ İSTƏNİLƏN BOZBAŞ TEMA TUTUR.
O gün Murad Dadaşovla Tahir İmanovun söhbətini eşitməmiş olmazsız. Qısaca bilməyənlərə onu deyim ki Tahir İmanov Xəzər Tv nin rəhbəri olan Murad Dadaşovu qınayır ki televiziyalarda bozbaşdan çox maariflənməyə üstünlük versinlər.Bacarmırlarsa işləməsinlər. Murad Dadaşov da deyib ki bəs baxan olmur maariflənməyə bu səbəbdən də bu tipli verlişlərə reklam verən də olmur. Reklam yoxdusa gəir də olmur. Bəs mən ay sonu 600 nəfərə nəylə məvacib verim?
Sosyal şəbəkələrdə hammı bu sözə görə Tahir İmanovu alqışladı , Murad dadaşovu isə qınadı. Dərindən oturub düşünəndə iksidə düz deyir. Amma ən çox Murad qınandı. Özü də dərindən analiz edəndə baxırsan ki, qınayanların əksəriyyəti elə o bozbaşa baxan və reyting verənlərdihaaa.
Bu bizim sahədə də belədir. Bozbaş ustalar da var Savadlı bilikli ustalarda. Amma bu gün bozbaş ustaların məhsul satışları daha yüksəkdir nəinki işini bilən savadlı və marifləndirən ustaların. Bu yazımın şərhlərində məni də qınayanlar və bəlkə də səhv çıxarmağa çalışanlar olacaq. Amma heç kim soruşmayacaq ki cəmiyyəti bozbaş düşüncədən necə azad edək?
İndi mən öz praktikamdan bir misal çəkim.
O vaxt biz Avtok1ubu qurarkən iki yol var idi. Biri marifləndirmə digəri bozbaş. Mən dostlara dedim ki bozbaşla gedək. Çünki ilkin dövrdə bizə sağ qalmaq üçün pul lazımdı müştəri kütləsi lazımdı. Müştəri isə bozbaşa daha çox gəlir nəinki marifləndirən ustaya. Elə də etdik. Nəticə də aldıq. Amma bu o demək deyil ki biz elə davam edəcəkdik. Biz zamanla bozbaşı azaldıb gücü marifləndirmə və savada verərək, bu kütləni ələyə ələyə gətirdik beş ildən sonra elə bir kontingentə çıxardıq ki onların əksər hissəsi çox savadlı bilikli və hər şeyi analiz edə bilən insanlardır. Mən bunu şərhlərdə də görürəm ki çox ağıllı düşüncəli izləyicilərimiz var səhifədə. Bu insanlar beş il bundan öncə bizim bozbaş paylaşımların altında şərh yazan insanlar deyil. Bunlar ayrı leveldir. Bu leveli yaratmaq bunları toplamaq isə bir başqa əziyyətdir. İndi mən durub əvvəlki kimi bir bozbaş tema paylaşsam və ya barmağımı yağa soxub görün necə yaxşı yağdır və ya it günündədir desəm, həmən bu ağıllı insanlar ən çox məni qınayar ki, yekə kişisən qanacağın olsun bu nə paylaşımdı edirsən. Çamahat səndən qabiliyətli paylaşım gözləyir.
Deməli nəticə nə oldu? Zamanla biz özümüzü bozbaşdan xilas elədik və işimizə daha profesional yanaşaraq ətrafımıza ağıllı insanları yığdıq. Bunu televiziyada da etmək olar. Az az xırda xırda insanları marifləndirən verlişləri çoxaltmaq və bozbaşı azaltmaq olar. Amma buna zaman lazımdı,səbr lazımdı, zəhmət lazımdı və işləmək lazımdı. Bir hədəf var ki ora çatanda artıq tamamilə bozbaşı rədd etmək lazımdı. Amma bunu birdən birə etmək fəsad verə bilər.
Məsələn elə bizim sahəmizdə hələ də kimyəvi aşqarlarla zəngin işlınmiş yağlara yalın əllə barmaq soxub yağın oksidləşdiyini deyən, mühərrik yağını dəyişərkən mühərrikə Dubay yağı və təkrar emaldan alınan 10 manatlıq Türk yağı işlədərək matoru şanpunlamağa önəm verən, yağdan və mühərrikdən anlayışı olmayıb baxış sayı çox olan səviyyəsiz tik tokerlərə reklam çəkdirərək müştərini ordan cəlb edən bozbaş ustalar var. Bizim beş il bundan öncə etdiyimiz bozbaşı indi edirlər və yaxşı da işləyilər. Amma kimə? Bozbaş istəyınlərə. Bizim müştərilərimiz isə artıq bozbaş istəmir. Heç maraqlarında belə deyil. Onlar sadəcə keyfiyyətli məhsul və savadı xidməti önəmsəyən insanlardır.
Arada bizim sahədə olan kolleqalarla hansısa semnarlarda görüşürük biraz yaxşı mənada qiybət edirik bu sahədəki ustalardan filan. Bir də görürsən ki deyirlər ki filankəs varhaaa, görürsən neynir? Basıb bağlayır camahat da gedir bunun yanına işi partladır qaz vurub qazan doldurur zad. Arada firmaların menicerləri də eyni zösü deyir. Filankəs partladır nəbilim dağıdır. Yox bir uçur.
Deyirəm qardaş sən filankəsi savadlı usta kimi bilirsən ? Deyir yox. Deyirəm onun dediklərini elmi və praktik cəhətdən doğru hesab edirsən ? Deyir yox. Deyirəm özünü aparmaqda, danışmaqda və mədniyyətdə nəsə bir üstünlüyünü görübsən? Deyir yox.
Deyirəm bəs camahatdan nə istəyirsiz? Qoy işləsində. Kimə işləyir? Boz başa. Kimdi yanına gedən? Bozbaş istəyən.
Elə ustaları qınamaq yox əslində təşəkkür etmək lazımdı. Ətrafımızdakı boz baş müştəriləri təmizləyir vallah.
Sinəm açılmışkən sizə bir misal da çəkim. Bir meyvə yeşiyi kimi düşünsək məsələni, gərək yeşikdə olan iki üç dənə çürük meyvəni mütləqdir ki atasan. Yoxsa o çürük meyvələr bütün yeşikdəki qalan sağlam meyvələri də çürüdəcək.
İndi sözümün canı odur ki, əgər kimsə sizin meyvə yeşiyinizdən çürük meyvələri götürürsə buna yalnız təşəkkür etmək lazımdır, qınamaq deyil. Meyvənin çoxluğuna və çəkisinə önəm vermək deyil, saflığına və keyfiyyətinə önəm vermək lazımdır artıq. Çürüklərı götürməsələr, iş bu çürükləri qorumaq üzərində qurulsa bütün meyvələr çürüyəcək və bir zamandan sonra əldə qalan sadəcə boş yeşik olacaq. Amma yox görünsə ki kimsə saf meyvəlıri aparır, deməli günah yeşik sahibindədi və bu sağlam meyvəlıri qorumaq üçün yetərli mümbit şəraitə sahib deyil. Bax o zaman günahı insan özünüzdə axtarmalıdır. Ya özünü düzəltməlidi, inkişaf etməlidi ya da taleyi ilə barışmalıdı.
Hə yeri gəlmişkən sahib olmaq sözü dedim, bu yazımı yazanda yazının uzunluğunu görüb "ay qaqa neynirsən bu boyda uzun yazıb" deyən dostum Sahibə də demək istəyirəm ki bu yazıları oxuyan sayı az amma intelektual səviyyəsi olan insanlar elə uzun sevir. Bozbaşlar onsuz da oxumur. İstər uzun yaz istər qısa.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.