BU SÖHBƏTDƏ KASIBIN DOSTU ZAD KEÇMİR.
Dəyərli izləyicilər. Artıq dünyada istehsal olunan yeni nəsil avtomobillər AURO 6 emission sistemli və daha zəngin elektronikası olan bir standartlar ilə gəlir . Bu standart isə gec tez bu gün sizin gördüyünüz servizlərin iş sistemini dəyişməyə məcbur edəcək. Siz inansaz da, inanmasaz da bir gün gəkəcək siz bu avtomobilləri sürəcəksiniz. Elə indi də bəzilərimiz 10 il bundan öncə xəyal etdiyimiz avtomobilləri 10 il sonra da olsa sürürük. Cəhənnəmə ikinci əldə olsa gözümüzün qurdu ölür də). Güman ki gələcəkdə həm ustalar həm də servizlerin bu satandartar çərçivəsində lisenziyalaşdırmasi belə gündəmə gələ bilər .Bu lisenziyalaşdırma olmasa belə siz özünüz öz təhlükəsizliyiniz üçün gərək aşağıdakı amillərə diqqət yetirməlısiniz.
TEXNIKI SERVIZ
SERVIZ INTERVALI
TEXNIKI NASAZLIQ
1.TEXNIKI SERVIZ
Bu gün siz artıq daha mürəkkəb bir sistemli, daha mürəkəb bir elektronikali avtomobil idarə etdiyiniz üçün, siz bunu harda gəldi hər yoldan keçən ustada düzəltdirə bilməyəcəksiz. Səbəb isə çox sadədir . Dünən sadə avtomobildə ustanın bilməyərəkdən caşmasi sizə 50 -100 manat ziyan verirdisə bu gün yeni nəsil avtomobillərdə bu sizə olduqca böyük məbləğlərdə ziyan verə bilər .
2. SERVIZ INTERVALI
Müasir avtomobillər demək olarki əksəriyyəti bort kompyuterlə təchiz olunmuş halda istehsal olunur . Zaman zaman bu paneldə sizə SERVIZƏ GET mesajı avtomobil tərəfindən bildirilir .Bu mesaj hər hansı bir problem demək deyil. Sadəcə siz müəyyən vaxtdan bir sevrize getməlisiz və hər hansı bir səhvlər varsa onlar aradan qaldirilmali və yolunuza davam etməlisiniz.Dövrü texniki yoxlamadan keçməyən avtomobilləri belə də davam edib sürdükdə, artıq daxildə yaranan kicik bir nasazlıq sonradan avtomobilə daha ağız ziyan vura bilər .
3. TEXNIKI NASAZLIQ
Artiq yeni nəsil avtomobillərdə siz əvvəlki avtomobillər kimi SVECAM KÖHNƏDIR ƏLIM YUXARI OLANDA GƏRƏK DƏYIŞƏM QAQA prinsipi keçməyəcək.Yeni nəsil avtomobillər artıq kiçik nasazliqlarda belə sizi bağışlamayacaq və sizi avtomobilə qulluqda olan yanaşmanızı daha fərqli edəcək.
Dəyərli izləyicilərimiz. Müasirləşən dünyamızda sizə sosyal rifah və daha müasir avtomobillər idarə etməklə, daha komfortlu həyat yaşamanızi arzu edirik .
Söhbət edin görək sizlər nə düşünürsüz bu barədə ?
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.