BUNLARI HEÇ ZAMAN SİZƏ HEÇ KİM DEMƏYƏCƏK.
Günü gündən yaşam srandartlarının çətinləşdiyi zamanda hammı güya özünü humanist göstərmək istəsə də, amma hər kəsin əsl məqsədi daha çox pul qazanıb daha tez varlanmaqdı. Sadəcə hər şeyə real baxsaq görərik ki insanlarımızın da onlar üçün qurulmuş bir sıra marketink tələlərini anlama kapasitesi o qədər də güçlü deyil. Nə yalan deyim biraz küyə gedən camahatıq da. Mən heç zaman kənar işləri müqaisə etməyi sevmirəm, yalnız öz işimizlə bağlı daimi olaraq insanların düşüncələri və seçimlərini araşdırıram. Ümümi nəticəyə baxanda isə görürəm ki, sürücülərin çoxu həqiqətənə də maşına yağ seçərkən elə seçir ki, elə bil toya geyinməyə kastyum seçir. İnsanların bu cür davrandığını bilən sizin görmədiyiniz satış marketoloqları isə sizə o kastyumu daha gözəl görsətmək üçün isə min cür filim fırldaq temalar fikirləşir. Bu filim fırıldaqlar barəsində zaman zaman səhifəmizdə yazırıq ki, bu xalq və bu millət bir azda olsa məlumatlı olsun.
Əslində mənim özümün satıcı olaraq bu mövzuları yazmağım doğru deyil. Amma mən əminəm ki, bu işlərin axrı yoxdur və bir gün insanlar nəyin nə olduğunu anlayanda adamın cəmdəyinə tüpürəcəklər. Oda ayılsalar)).
Bir çoxlarınızda səhifəmizə yazarkaən görürsünüz ki sizi daha çox bahalı fış fışlı yağlardan çəkindiririk. Əslində sizə bahalını satmaq bizə sərf edir. Amma bunu etsək həmən insanların qanını soran vampirləşmənin bir parçasıda biz olaçağıq.
Ona görə də filallarımızda bütün əməkdaşlarımıza göstəriş vermişik ki sürücüyə diqqət edin. Gördün məhsulu bahalıdırsa yaxşıdır prinsipi ilə seçirsə ona eyni göstəricili və daha münasib olan məhsu təklif edin. İzah edin başa salın. Çünki satdığımız istənilən məhsulun içini bizim bildiyimiz qədər heç onu idxal edən şirkət bilmir. Sonra sürücü özü bilər istəyər bahalı alar, istəyər eyni keyfiyyətli münasib məhsul.Qoy bizim vicdanımız rahat olsun ki, biz təklif etdik. Day özü balasının boğazından kəsib boş yerə fış fışlı məhsul alırsa özü bilər.
Bizim məqsədimiz sizə hər zaman avtomobilinizə uyğun olanı ən yaxşı keyfiyyəti daha uyğun təklif etməkdir. O arada qalan məbləğidə aparın ailəyə balalara xərcləyin. Küyə getməyin.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.