BÜTÜN MÜHƏRRIKLƏR DAĞILACAQ.
İlk öncə vaxtınızı aldığım üçün üzr istəyirəm, çünki biraz uzun olacaq . Ama çalışacam mövzu geniş olsa da, qısa şəkildə bildiyimi və düşündüyümü sizinlə bölüşüm.
Ama siz də oxuduqdan sonra öz fikirlərinizi bildirsəniz sevinərik.
Dünyada əbədi heçnə olmadığı kimi avtomobil mühərriki də ölümsüz deyil . Dünyanın ən yaxşı yağını istifadə etsəniz belə xeyri yoxdur . Siz sadəcə yaxşı yağ işlətməklə dağılmağa qədər olan zamanı uzada bilərsiniz. Amma bu o demək deyil ki heç zaman dağılmayacaq. Bəzən izləyicilər sosyal forumlarda yağ tövsiyəsi soruşanda yağı dərindən bilən və ya özünü dərindən bilən kimi hiss edən insanlar arasında biraz fikir ayrılığı yaranır. Əksər hallarda ustalar yalnız istehsalçı tövsiyyəsi və tələblərinə uyğun rəy verir və tövsiyyələrini edirlər.
Hörmətli bəylər. Bu ustalar qanuni tələbi İlsacla olan maşınların uzun illər 10w-40 la da işlədiyini görüblər . Bu ustalar A3 standartının daha çox qoruduğunuda bilirlər nəinki C3. Bu ustalar CK4 lə priusun daha az yağ azaltdığınıda bilirlər . Bəli bu ustalar çox şeyi bilir. Çünki ən zəif işləyən usta belə ən azı gündə 5-10 avtomobilin yağını dəyişir. O maşınları kontrol edir və hansı yağın nəyə qadir olduğunu internetdən deyil , yağın tds dən deyil bir başa praktika əsasında işlədərək bilir. Bəs niyə bu ustalar hər zaman yalnız istehsalçı tövsiyyəsini ön görür ?
Keçək zurnanın zirt dediyi yerə.
Yuxarıda qeyd etdiyim kimi hər hansıbir gün istənilən mühərrik dağılacaq. Vay o günə sənin yağın ola onun içində. Əgər bir usta istehsalçı tələbinə uyğun yağ istifadə etməsə və mühərrik hətda yağdan aslı olmayan bir səbəbdən dağılsa , hər kəs günahı ustada görəcək. Yağ şirkəti deyəcək ki vallah menim yağım əladır sadəcə usta düzgün dopukslu yağ tökməyib. Sürücünün çayxanada oturub nərd atmaqdan başqa heçnə bacarmayan, Arizona kərtənkələsinə oxşayan dostu belə ustanı səhv çıxaracaq.
Lap tutalım ki heç mühərrik dağılmayıb. Yeni pakaleniyadan olan bir sürücü, usta istifadə edən yağın şəklini atacaq Facebooka birdə maşının modelini . Sual da yazacaq ki QAQALAR BU YAG BU MAŞIN ÜÇÜN NECƏDİR?
Sonra da həmən paylaşımın şərh bölməsində ömrü boyu öz maşınından başqa maşının kapotunu qaldırmayan, ömrü boyu mühərriki sökülü halda görməyən , iki dənə alkaş rusun forumunda işdən sora oturub 3 dənə yağ haqqında cümlə oxuyub əzbərləyən qaqaş yazacaq ki ayə bəs qoymayın evimiz yıxılıb bəs usta yağı səhv töküb .
Getdimi bu ustanın reytingi? Təbii ki getdi. Reyting getdisə gəlmək istəyən müştərilərdə getdimi? Müştəri getdisə pul getdi.
Ona görə də ustalar istehsalcı tövsiyyəsinə ciddi əməl edir ki, sabah hər hansı bir durumda ən azı MƏN YAGİ QANUNİ TÖKMÜŞƏM deməyə sözü olsun.
Məsələn mən öz avtomobilimdə VW 504.00 5W-30 qanuni tələb olduğu halda , qanundan çıxaraq VW 502.00 kodla 0W-40 istifadə edirəm. Çünki istifadə etdiyim yağın mühərrikdə bizim yanacaqla qanuni tələbdən daha uzun ömürlü və daha yaxşı performans verəcəyini bilirəm. Amma müştəri avtomobilində isə qanundan qırağa çıxmqaq olmur. Onun yaxşı nəticə verəcəyini bilsəndə.
Müasir mühərriklərin qanuni yağ tələbləri isə bu mühərrikləri qorumaq üçün deyil, müəyyən bir intervala kimi aparmaq və orda mühərrikin ömrünü sonlandırmaq üçündür. Çünki indi biznes dövrüdür. Heç bir istehsalçıya uzun ömürlü mühərrik sərf etmir. Çünki gec dağılacaq və istehsalçı ehtiyyat hissəsi sata bilməyəcək.
Mercedes indi buraxırmı OM 111 keyfyyətində motor? Xeyir
Yoxsa BMW buraxır köhnə motorları kimi keyfiyyətlisini? Heç biri də buraxmır və buraxmayacaq da. Gedin baxın indiki yeni mühərriklərə bir yerinə bir şey olanda ələ gəlmir. Gərək ya yeni motor alasan. Yada motorun 50% detalını dəyişəsən ki motor normal işləyə. Deməyim odur ki siz istəsəz də istəməsəz də bunlar hamısı zamanla planlı şəkildə sizin pulunuzu almaq üçündür.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.