Logo

ÇİN AVTOMOBİLLƏRİ AZƏRBAYCAN SÜRÜCÜSÜNÜN İSTƏKLƏRİNİ QARŞILAYA BİLİRMİ?

ÇİN AVTOMOBİLLƏRİ AZƏRBAYCAN SÜRÜCÜSÜNÜN İSTƏKLƏRİNİ QARŞILAYA BİLİRMİ?

ÇİN AVTOMOBİLLƏRİ AZƏRBAYCAN SÜRÜCÜSÜNÜN İSTƏKLƏRİNİ QARŞILAYA BİLİRMİ?

Mövzuya başlamadan öncə istəyirəm sizə gülməli və öz başıma gələn bir əhvalat danışım. Deməli bu yaxınlarda bir müştəri Changan sürətlər qutusu yağı dəyişməyə gəlmək üçün zəng elədi. Dedim qardaş yolüstü Babək prostpektində Çin Auto ehtiyyat hissələri mağazasından sürətlər qutusu filteri götür gəl dəyişək. Qardaş mənə qayıdasan ki mən ordan heçnə almıram ordakı mallar hamsı Kitayskidi))). Dedim ay zalım sürdüyün maşın bəs haraiskidi?
Bizim mentalitetdə beynimizə qəbul etdirdiyimiz bəzi sözlər var. Məsələn
Azərbaycanda usta yoxdu
Azərbaycanda həkim yoxdu
Azərbaycanda nəbilim o qədər şey yoxdu ki bilmədim hansını yazam)).
Bu yoxdularla razılaşanlar və bunu diktə edənlər də var. Razılaşmayanlarda var. Məsələn biri deyəndə Azərbaycanda qəliz işi görməyə usta yoxdu mən o zaman deyirəm ki o ustadan tələb elədiyin qəliz işin müqabilində qanarar verən yoxdu. Yoxsa usta onu araşdırıb çoxdan həll edər. Sən pul vermirsən deyə oda bir növü başından edir. Azərbaycanda yetərincə Həkim də var. Amma qazanc olmadığı üçün bir çoxu xarici ölkərədə xəstəxanalarda yüksək qanararla çalışır. Əgər insanın biliyi varsa niyə ucuza satsın ki? Heç siz də satmazsınız onun yerinə olsaz.
Başım yenə qeybətə qarışdı mövzudan kənarlaşdım. Keçək Çin maşınlarına. Bizim beynimizə bir şey də oturub ki Çin yaxşı məhsul buraxmır. Girdirmə nə görəsk deyirik ki Kitayskidir.
Bu gün ölkəmizin yeni avtomobil satışı sahəsində Çin avtomobilləri artıq demək olarki bazarı ələ alıb.  Bəs bu avtomobillər Çeşkadan, Hyundaidən, Toyotadan, Bmw dən , Volkswagendən düşüb Çin maşını sükanına oturan sürücünü maşın olaraq qane edirmi?  Dizayn, hər hansı bir komfort funksiaları, nəbilim bəzəkli knoplalar sarıdan götürsək Çin maşınlarında deyərdim ki hər şey var. 
Bəs avtomobil olaraq yol tutumu, səssizlik, dinamika, dəmirin keyfiyyəti, stabillik və s maşın maşın edən funksialar ürək açandımı?
Mən öz düşündüyümü sizə deyəcəm. Amma bu mənim sübyektiv fikrimdir. Sizdə şərhlərdə öz fikirlərinizi paylaşa bilərsiniz. 
Mən düşünürəm ki, 98 in 39 bmw sini sürən adamı düşürüb 2022 Çhangana otuzdursan ki sür gör necə maşındır? O deyəcək ki bu maşın deyil. 
Amma 2013 Kia Ceratosunu, Optimasını, Hyundai sonatasını, Toyota Carollasını,  sürən adamı düşürüb həmən Changana otuzdurub soruşsan o elə də çiddi fərq olmadığını deyəcək. 
Bəs siz necə düşünürsünüz?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.