Logo

ÇINDIR YAĞIN ÜZÜNÜ AĞ EDƏN MERCEDES VƏ YEVLAX TRASI.

ÇINDIR YAĞIN ÜZÜNÜ AĞ EDƏN MERCEDES VƏ YEVLAX TRASI.

ÇINDIR YAĞIN ÜZÜNÜ AĞ EDƏN MERCEDES VƏ YEVLAX TRASI.

Ariz adında bir izləyicimiz səhifəmizin mesaj bölməsinə bir sual ünvanlamışdı. Sual çox maraqlı olduğu üçün istəyirəm sizi də bu sualla tanış edim elə izahlı cavabı da məqalə formasında yazım ki, həm Ariz qardaş üçün, həm də oxuyanlar üçün inşə Allah ki faydalı olar.
Qardaş yazıb ki, bəs usta mənim bir 2.2 CDI dördgözum var. Özümdə o maşınla Bərdə Gəncə Yevlaxa avtovağzaldan müştəri aparıram taksi kimi. Bəs mən 3 ildi filan yağı ( biznes etikasına görə ad yaza bilmirik) 5 litrini 35 Manata alıram və işlədirəm. Hər 7000 km dən bir dəyişirəm motor saat kimi işləyir və içi  də çiçək kimidi.
Amma eyni yağı Bakıda yaşayan əmoğluma tövsiyyə etdim 1 il işlətdi motoru dağıldı və motoru açdırdıq ki palçıq kimi olub yağ. Bu niyə belə olsun? 
İndi izah edim.

Təsəvvur edin qardaş Bakıdan Bərdəyə adam daşıyır və 350 km yolu hər gün gedir gəlir . Günə edir 700 km. Hardasa bu yolu ümumi 7 saata sürür. Nəzərə alsaqki 7000 km dən bir yağı dəyişsə bu edir 70 moto saat. Yəni bu maşın 7000 km i 70 saata sürür və hər 70 moto saatdan bir yağı dəyişir. Yağ nə qədər keyfiyyətsiz də olsa adi normal yağ 300 moto saat gedəcəyi halda bunu 70 moto/saat da dəyişir deyənə motora ziyan vermir. 

Bəs bu şəhərdə sürülən maşında necə olur?
Bilirsiniz ki ortalama 20 km yolu şəhərin içində ən azı 1 saata gedib çıxa bilirik. Oda gedib çıxa bilsək. İndi mən ən yaxşı halda 20 km götürdüm. Yenə şəhərdə sürülən avtomobil 7000 km dən bir yağı dəyişsə bu edir 350 moto saat. Ən yaxşı sintetik yağ ən yaxşı yanacaqla 300 moto saat dan yuxarı öz keyfiyyətini itirir. İndi siz düşün ki biz Bakıda bizim benzinlə bizim dizel ilə yağ dəyişmə intervallarını elə yazırıq ki 250 moto saatın üstünə çıxmayaq ki motor əldən qoymasın. Bu qardaş işə 35 manatlıq yağla əmoğlu fitfasina gedib 350 moto saat sürüb. Matorda bir dimməyib iki dimməyib axırda canını tapşırıb. 

Dəyərli dostlar lap ucuz yağ yoxe avtomobilə ən yaxşı yağ da istifadə olunsa belə hesablama eyni gedir.
Bir avtomobil yağı 70 saata ,diger avtomobil isə 350 saatdan bir yağ dəyişir. Normal sintetik mühərrik yağı 300 moto saatdan sonra oz qoruma qüvvəsini itirir. Ama digər tras sürülən avtomobildə isə yağın resursunun 30 faizi ölməmiş yağ dəyişilir. Bax buna görə də trasda sürülən  avtomobillərın motoru daha uzun ömürlü olur. Bu eyni ilə sürətlər qutusuna da aiddir.
Şəhərdə 100 km yol getmək üçün tıxaçlarda sürət qutusu ağır rejimdə işləyir. Svetaforları heç demirəm. Dəqiqə başı pilləni qaldır sal ,qaldır sal. 
Amma trasda sürətlər qutusu bir pillədə daim stabil olaraq eyni tempdə sürülür.
Ona görə də tras sürülən avtomobillərin sürət qutusu yağı daha gec yanır nəinki şəhərdə sürülən avtomobillərin. Hələ trasda yağ soyutma radiatoruna qarşıdan vuran külək də yağın daha yaxşı soyumasına və daha gec yanmasına da bir kömək edir . Bu özü də böyük amilərdən biridir. 

Ariz qardaş kimi şərh yazan adamlar çox olur. Və o şərhlər hər zaman bu formada olur.
Qaqa Mercedesə nə töksən işlədir. Qaqa mən 3 ildi  35 Manatlıq yağ işlədirəm bomba kimi də yağdı. Qaqa onsuzda bütün yağlar eynidi niyə bahalısını alım ki və s. 
Ay qardaş məndə bilirəme Mercedes dözümlü maşındı gedir. Day 35 manatlıq yağla 350 moto saat yoxdaaa)). 
Əzizlərim unutmayın bir yaxşı nəticə varsa onun mütləq ki səbəbi var. Bir pis nəticə varsa onun da səbəbi var. Sadəcə sağlam ağılla düzgüm təfəkkür, düzgün hesablama ilə səbəbini araşdırmaq və nəyin niyə baş verdiyini təyin etmək lazımdır. Bu qədər sadə. 

Oxuduğunuz üçün təşəkkür edirəm.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.